Şiraz Karvansarayları, Ticarət Karvanlarının Rövnəq Dövrünün Mirasıdır

Şiraz Karvansarayları, Ticarət Karvanlarının Rövnəq Dövrünün Mirasıdır

Şiraz Karvansarayları, Ticarət Karvanlarının Rövnəq Dövrünün Mirasıdır

Şiraz Karvansarayları, Ticarət Karvanlarının Rövnəq Dövrünün Mirasıdır

Şiraz 2500 ildən çox həyatından maraqlı tarixi abidələrə malik qədim şəhərdir. Amma bütün bu tarixi əsərlər arasında bu şəhərin karvansaraları digər tikililərdən və görməli yerlərdən daha çox naməlum olaraq qalmışdır.

İranın hər yerində xüsusilə mühüm şəhərlərdə və ya ticarət karvanlarının yolu üzərində olan şəhərlərdə qurulmuş karvansaralar var. Adətən bu karvansaraylar dördbucaqlı formada iri darvaza ilə tikilir, orta həyəti isə eyni formalı otaqlar əhatə edirdi. Bir çox karvansaraylarda siz odları seyr etmək və ya yandırmaq və karvanlara yolda bələdçilik etmək üçün istifadə olunan qüllələri görə bilərsiniz.

Şirazda çoxlu karvansaraylar tikilmişdir ki, onların arasında bir neçə karvansaray əlamətdar tikililər sayıla bilər:

Bidzərd Karvansarası

Bu karvansaray Şirazdan 25 kilometr qərbdə, bu şəhərdən Firuzabada gedən yolda və eyniadlı kəndin yaxınlığında yerləşir. Daş və suvaq bu binanın əsas tikinti materiallarıdır. Oyma daşlardan bayırda bəzək kimi istifadə olunur. Kvadrat formada və iki mərtəbədən ibarət olan bu karvansaray Qacarlar dövrünə (19-cu əsr) aiddir. Sərnişinlər girişin sağ tərəfindəki pilləkənlərdən istifadə etməklə binanın ikinci mərtəbəsinə və damına çıxa bilirdilər.

Karvansarayda sərnişinlərin yerləşdirilməsi üçün tikilmiş otaqlardan başqa malların saxlanması üçün anbar kimi istifadə edilən üç otaq da var. Binanın yazılarının qoyulduğu yer olan girişin hər iki tərəfində iki boş çərçivə görünür, lakin bu gün bu yazılardan əsər-əlamət yoxdur.

Bacqah Karvansarası

Bacqah Karvansarası Şirazdan İsfahana gedən yolun üstündə yerləşdiyi üçün İsfahanlı səyahətçilərin istirahət yeri olub. Bacqahdan Şiraza qədər olan məsafə təxminən 18 kilometrdir. Karvansaranın girişi və vestibülü dağılsa da, ilkin tikilinin hissələri, o cümlədən otaqlar, giriş qapıları, günbəzli damlı mərkəzi eyvan, kərpic taxçalar, sütunlar və hücrələr hələ də ayaqdadır. Bu karvansaray da Qacarlar dövründə tikilmişdir.

Xanzənyan Karvansarası

Şiraz karvansaraları arasında Xanzənyan ən böyüyüdür. Bu bina Şirazdan 40 km aralıdadır və Qacarlar dövründə tikilmişdir. Şiraz şəhərində belə böyük bir karvansaranın olması orada biznesin çiçəklənməsindən və bu şəhərə çoxlu karvanların keçməsindən xəbər verir. Karvansaranın böyük taxta qapısı karvanların yerləşdiyi otaqlar və hücrələrlə əhatə olunmuş geniş həyətə açılır. Karvansarada otaqların sayının çox olmasına baxmayaraq, dam örtüyünə çıxan pilləkənlərin sayı, yəqin ki, damın bəzən sərnişinlərin yaşayış və istirahət yeri kimi istifadə olunduğunu göstərir.

Divdan Karvansarası

Bu karvansaranın günbəzvari damları onu oxşar tikililərdən fərqləndirmişdir. Divdan Şirazdan 100 kilometr cənub-şərqdə və bu şəhərdən Kirmana gedən yolda yerləşir. Bu karvansaray da kvadrat formasındadır və iki mərtəbəlidir. Hazırda binanın yuxarı mərtəbəsi demək olar ki, tamamilə dağılıb.

Kəvər İsti Bulaq Karvansarası

İndiyə qədər araşdırılan karvansaralarla müqayisədə bu karvansara daha qədimdir və Səfəvilər dövrünə (XVI əsr) aiddir. Bu karvansaray Kəvər adlı kəndin yaxınlığında tikilmişdir. Bu karvansaranın qalıqları hələ də qalmaqdadır, lakin çoxu yoxa çıxıb.

Görünür, bu karvansaray Şah Abbas Səfəvinin (miladi 966-1007-ci illərdə hökmranlıq etmiş) yolların təhlükəsizliyini təmin etmək və ticarəti inkişaf etdirmək üçün qurduğu karvansaralardan biri olub. Şah Abbasinin karvansaraları bütün İranda məşhurdur.

Ad Şiraz Karvansarayları, Ticarət Karvanlarının Rövnəq Dövrünün Mirasıdır
Ölkə İran
VilayətFars
ŞəhərŞiraz
NövTarixi
RegistrationNo registration

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: