Dialoq Mərkəzi
Allahın adı ilə
Üz döndərən (və sənin yanından çıxıb gedən, yaxud iş başına keçən) zaman isə yer üzündə fəsad törətmək, əkin sahələrini və nəsili məhv etmək üçün yola düşər. Allah fəsadı sevmir.
Fasiq nə vaxt hakimiyyətə gəlsə və qüdrətə yetişsə, yer üzünü və nəsilləri məhv etməyə çalışır və Allah fitnə-fəsadı sevmir. Bəli, əhli olmayanlar hakimiyyətə gəlsə, hər şeyi yox edər və bunun nəsillərin ərməğanını məhvindən başqa heç bir faydası yoxdur! Sionist rejim məzlum Fələstin xalqının evlərinin qəsb edilməsi və dağıdılması hesabına, müstəmləkəçilərin mənfur planları əsasında əvvəldən qurulmuş saxta və qəsbkar rejimdir. Bu rejim bir daha əsl simasını ortaya qoydu və Qəzza zolağında böyük cinayət törətdi. Sionist uşaq öldürən rejim indiyədək çoxlu insanı öz torpaqlarından didərgin salıb, saysız-hesabsız kişi, qadın və uşaqları qətlə yetirib. Dünyanı şoka salan Qəzzadaki Məmədani xəstəxanasının vəhşicəsinə bombalanması bu qaniçən rejimin vəhşiliyinin, beynəlxalq insan hüquqlarına və qanunlarına əməl etməməsinin bariz və danılmaz sübutudur.
Öz qeyri-insani və qeyri-qanuni maraqlarına çatmaq üçün heç bir cinayətdən üz döndərməyən qəsbkar rejim, qeyri-müsəlmanlara da rəhm etməyəcəyini dəfələrlə nümayiş etdirib. Qəzzanın müsəlman xalqının ən amansız bombardmana məruz qaldığı bu günlərdə dünyanın üçüncü ən qədim kilsəsi olan Senpur Firyos kilsəsi sionist bombardmanlarından kənar qalmayıb.
Dinlər və Mədəniyyətlərin Dialoqu Mərkəzi sionistlərin Qəzzada törətdikləri iyrənc cinayətləri ən sərt şəkildə pisləməklə yanaşı, bu amansız soyqırıma qarşı yerli və xarici ictimai rəyi səfərbər olmağa çağırır. Həmçinin bu mərkəz dünyanın müxtəlif bölgələrində dini liderlər və din xadimləri ilə təcili yazışmalar yazaraq, təcavüzkar sionist rejimini öz həyasız cinayətlərinə görə məsuliyyətə cəlb etməyə çalışır.
Bütün dünyada zülmün aradan qalxması ümidi ilə!
İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Dinlər və Mədəniyyətlər Arası Dialoq Mərkəzi
2023 – cü il, oktyabr
Öz rəyinizi yazın.