• Sep 15 2022 - 11:53
  • 184
  • Mütaliə zamanı : 6 minute(s)

İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Rəhbəri Qazaxıstanda Keçirilən Dünyəvi və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayında Çıxış Etdi

İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəisi, Siyasət Quruculuğu və Dini Dialoq üzrə Koordinasiya Şurasının sədri Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipur Qazaxıstanın paytaxında yerləşən Müstəqillik Sarayında keçirilən Dünyəvi və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayındakı çıxışı zamanı bu konqresdə iştirakdan məmnunluğunu ifadə edərək, bu konqresin keçirilməsinə görə mədəniyyətsevər Qazaxıstan hökumətinə və xalqına təşəkkür edib.

O, çıxışı zamanı bəyan etdi: “Mədəniyyət və İslami Əlaqələr Təşkilatı bu konqres fəaliyyətə başlayan zamandan etibarən onu dəstəkləmiş və himayə etmişdir.

O, sülhün yayılması üçün dinlərarası birgə fəaliyyətin sistemləşdirilməsinə yönəlmiş bu ağıllı fəaliyyəti bundan sonra da həvəslə dəstəkləyəcəklərini bildirib.

Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipur dedi: “Keçmişdə dünya sistemində “din”in mərkəzi güc faktorlarından kənarda qoyulmasından fərqli olaraq, bu gün beynəlxalq münasibətlərdə yenidən əsas rol oynamaqdadır.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəisi qeyd etdi: “İndi dini liderlər müasir insanların ehtiyaclarını düzgün dərk etmişlər və bu ehtiyaclara uyğun cavab verməyə çalışırlar. İlahi dinlər nə qədər fikir meydanından əməli sahəyə yaxınlaşaraq insan həyatına daxil olursa, bir o qədər də əsas məqsədlərinə yaxın olurlar.

O bildirdi: “Dinlər ilahi yüksək dəyərləri özlərinin yaratdığı bəşəri dəyərlərlə tanıtmaqla yanaşı, siyasət, mədəniyyət, həyat tərzi və hətta iqtisadiyyat sahəsində öz funksiyalarını sübut etməyi bacarmalıdırlar. Yalnız bu şəkildə indiki dövrün insanları problemlərini həll etmək üçün dinə müraciət edəcəklər.

Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipur əlavə edərək dedi: “İran İslam Respublikası İslam sistemi ilə idarə olunan bir ölkə olaraq, həmişə sülh, dostluq, ədalət istəyir və dini ekstremizmlə, dini zorakılıqla mübarizə aparır. O, otuz ildən artıqdır ki, dinlərarası dialoq sahəsində aktiv fəaliyyət göstərməklə, müxtəlif dinlərin liderləri və ardıcılları arasında qarşılıqlı anlaşma və əməkdaşlıq sahələri yaratmağa çalışır. Bu yolda indiyə qədər təsirli addımlar atıb.

Cəmiyyəti İstiqamətləndirməkdə Dini Liderlərin Rolu

İran İslam Respublikasının Siyasət Quruculuğu və Dini Dialoq üzrə Koordinasiya Şurasının sədri vurğulayıb: “Bugünkü insanın “din”ə və ilahi dəyərlərə olan ehtiyacı hər zamankindən daha çox dərk və hiss edilə bilər. Bunda dini liderlərin rolu çox önəmlidir.

O əlavə etdi: “Əsas məqam dini liderlərin sosial əhəmiyyətinin artması və müxtəlif cəmiyyətlərdə onlara ictimai etimadın bərpa olunmasıdır. Bəziləri hesab edir ki, insanların inamını bərpa etmək üçün “din” və “dindar” arasında fərq qoyaraq, deməliyik ki, dinin öz mahiyyətində heç bir eybi yoxdur və hər nə eyb varsa dindardadır. Amma görünən odur ki, ən doğru yol din xadimləri olaraq saleh əməllərimizlə dinə dəvəti təbliğ etməyə çalışmaqdır. Növbəti mərhələdə cəsarətli mövqelər bəyan edərək faktları dilə gətirək. Yalnız bu şəkildə insanlar dini hakimiyyətlərə və onların konstruktiv roluna inanacaqlar.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəisi əlavə etdi: “Dünyanın heç bir yerində cəmiyyət Allahın hər hansı din və məzhəbinə mənsub bəndələrinin zülm, ədalətsizlik və irqi ayrı-seçkiliyə məruz qalması zamanı dini liderlərin və buna susmağını qəbul etmir.

O, çıxışının davamında xatırladıb: “Qurani-Kərimin nurlu kəlamında dini təbliğçiləri ilahi risaləti çatdırmağa çağırarkən, (Əhzab surəsinin 39-cu ayəsi) onlardan Allahdan başqa heç kimdən qorxmamağı istəyir. Sanki buyurur ki, haqqı söyləmək, haqqı tələb etmək yolunda təhdidlər var və batil məqsədəuyğunluq səbəbindən bunu ifadə etməkdən çəkinməməlisiniz.

Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipur postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında ənənəvi dinlərin liderlərinin rolunun əhəmiyyətinə toxunaraq dedi: “Buna əsasən, dinlərin əhəmiyyəti və potensialı insan həyatının situasiyalarında özünü daha çox göstərəcək. Korona hadisəsi dünya hökumətləri və xalqları üçün ictimai bir sınaq idi.

 

İran İslam Respublikasının Siyasət Quruculuğu və Dini Dialoq üzrə Koordinasiya Şurasının sədri bildirdi: “Korona böhranı eyni zamanda kimlik və mərifət böhranına da səbəb oldu. Əsasən sübut olundu ki, mənəviyyat və dini kimliyin hələ də bəşəriyyət üçün xüsusi yeri var. İnsanın bu dövrdəki mənəvi ehtiyacı dini sosial və makro sahədə münasib həll yolu kimi yenidən gündəmə gətirdi.

O, Korona epidemiyası zamanı və ondan sonra din və mənəviyyatın, dini liderlərin rolu ilə bağlı çoxsaylı toplantı və görüşlərin keçirilməsini xatırladaraq, dedi: “Bu toplantı və görüşlərin keçirilməsinə baxmayaraq, dünyanın statistik mərkəzləri hələ də reallığın əksinə olaraq, dünyada dinə meylin azaldığını iddia etməkdə israrlıdırlar.

Dinlərin və Mədəniyyətlərin Birgəyaşayışının Gücləndirilməsində Təhsil, Tərbiyə və Dini Maarifləndirmənin Rolu

Höccətül-islam vəl-müslimin İmanipur dünya dinlərinin liderləri tərəfindən qərəzsiz araşdırmalar aparmaq üçün bu qurultaya aid bir qurumun yaradılmasını təklif etdi. Bu mərkəz dünya səviyyəsində dindarlığın statistikasını hazırlamaqla yanaşı, dünya dinləri ilə bağlı zərərlər, dinlərə yönələn təsirlər və ya maneələr haqqında illik hesabat hazırlaya bilər.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəisi bildirdi: “Bu görüşdə müzakirə olunacaq digər mühüm mövzular ədalət və sülh məsələsi, dinlərin və mədəniyyətlərin hörmətlə yanaşı yaşamasının gücləndirilməsində təhsil və dini maarifləndirmənin roludur.

O, çıxışının davamında qeyd etdi: “Ədalət və sülh bəşəriyyətin həmişə axtardığı iki itkin incidir. Bu iki həyati element birlikdə bir-birini tamamlayır. Siz zülm əkib sülh biçə bilməzsiniz. Sosial müstəvidə və qlobal idarəetmədə hər hansı bir fəaliyyətdən əvvəl təhsil və təlim sahəsində ilk addım ictimai məlumatlılığı tələb edir. Bizə müasir və səmərəli təlim lazımdır. Əvvəla günün tələblərinə cavab verən, ikincisi isə mötədil və qeyri-ekstremist insanları yetişdirən təhsillər.

Höccətül-islam vəl-müslimin İmanipur qadın və ailə məsələsinə toxunaraq əlavə etdi: “Bizim vəzifəmizdir ki, müasir dünyada dinin ailədə və həyat tərzində əsas olmasına çalışaq. İnsan təbiətinə zidd olan ailə tərzindən çəkindirək. Qeyd edək ki, dünya əhalisinin yarısını qadınlar təşkil edir. Onların əsas hüquqlarını sağlam şəkildə necə təmin edə bilərik? Necə ola bilər ki, yaradılışın ən həssas və incə məsələlərindən biri olan cins məsələsi insan mənəviyyatının deqradasiyasına deyil, onun kamilliyinə xidmət etsin? Bunlar dini liderlərin diqqət etməli olduğu mühüm məsələlərdir.

İran İslam Respublikasının Siyasət Quruculuğu və Dini Dialoq üzrə Koordinasiya Şurasının sədri əlavə edərək dedi: “Bu görüşdə qaldırılan məsələlər geniş təfəkkür və müzakirə tələb edən ən mühüm bəşəri məsələlərdəndir. Bu, təhsil və bir sıra praktiki iş tələb edir.

O, çıxışının sonunda bu danışıqların nəticələrinin tezliklə dünya arenasında daha çox nəzərə çarpacağına və bəşəriyyətin daha gözəl gələcəyinin qurulmasında cüzi də olsa töhfə verəcəyinə ümid etdiyini bildirib.

Dünyəvi və Ənənəvi Dinlərin Liderlərinin VII Qurultayı (13-15 sentyabr 2022-ci il) dünya katoliklərinin lideri Papa Fransisk, Misirin Əl-Əzhər Universitetinin Ali İmamı şeyx Əhməd ət-Tayyib, Rusiya Baş Yepiskopu Kiril, Türkiyə Dini Qurumunun rəhbəri Ali Erbaş, Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyx Allahşükür Paşazadə, İran İslam Respublikası Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəisi Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipur və müxtəlif dinlərin digər nümayəndələrinin iştirakı ilə keçirilməkdədir.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: