• May 21 2024 - 11:45
  • 40
  • Mütaliə zamanı : 1 minute(s)
İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Ayətullahul-Üzma Seyid Əli Xameneinin başsağlığı Mesajı

Ali Məqamlı Rəhbəri Ayətullahul-Üzma Seyid Əli Xameneinin başsağlığı Mesajı

İran İslam Respublikasının Ali Məqamlı Rəhbəri Ayətullahul-Üzma
Seyid Əli Xameneinin başsağlığı Mesajı

İran İslam Respublikasının hörmətli prezidenti cənab Rəisi yorğunluq bilmirdi. Bu faciəli hadisədə İran milləti səmimi və dəyərli bir xadimini itirdi. Onun üçün Allahın razılığına səbəb olan xalqa yaxşılıq və onların razılığı hər şeydən üstün idi. Bu səbəbdən də, bəzi bədxahların nankorluğundan və tənələrindən əziyyət çəkməsi işləri daha da yaxşılaşdırmaq və düzəltmək üçün gecə-gündüz işləməsinə mane olmurdu.
Bu ciddi hadisədə Təbrizin tanınmış imamcüməsi Həccətül-İslam Seyid Məhəmməd Əli Əl-Haşim, mücahid və fəal xarici işlər naziri cənab Əmir Abdullahian, Şərqi Azərbaycan vilayətinin inqilabçı və dindar valisi cənab Malik Rəhməti kimi görkəmli şəxsiyyətlər, ekipaj üzvləri və onları müşayiət edən digər şəxslər də ilahi rəhmətə qoşuldular.
Bu münasibətlə, beş günlük matəm elan edir və əziz İran xalqına başsağlığı verirəm. Konstitusiyanın 131-ci maddəsinə əsasən, cənab Moxber icra hakimiyyətini idarə etmək vəzifəsindədir və o, ən çoxu əlli gün ərzində qanunvericilik və məhkəmə orqanlarının rəhbərləri ilə prezident seçkiləri ilə bağlı razılıq əldə etməlidir.
Sonda cənab prezidentimiz Rəisinin əziz anası, onun möhtərəm həyat yoldaşı, digər hörmətli ailə üzvləri və yaxınlarına, eyni zamanda, xüsusən də, cənab Əl-Haşemin möhtərəm atasına dərin hüznlə başsağlığı verir, səbr arzu edir və şəhidlərə uca Allahdan rəhmət diləyirəm!

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

:

:

:

: