Kitabı İrandə Novruz Bayramı adət-ənənələri
Müqəddimə
Təbiətin xoş tərənnümü olan bahar bayramı qəlblərə sevinc bəxş edir. Ruhu təravətləndirir. Dodaqlarda xoş təbəssüm yaradır. Baharın əvvəlində çiçəklər açanda, bitkilər cücərəndə, ağaclar tumurcuqlayanda, dəyərli insan varlığı da dəyişməli və yenidən doğularaq, mavi səmanın genişliyi qədər baharın sevinc və şadlığıyla dolmalıdır. Yeni ilin əvvəlində İran xalqı bahar və yeni il bayramını qarşılamaq üçün evlərini təmizləyir, köhnə əşyalarını dəyişdirir, yeni paltarlar geyinir və ilin dəyişməsi ilə eyni zamanda ruhlarını və qəlblərini cilalayırlar. “Həft sin” süfrəsinə müqəddəs Quranın qoyulması ilə bərabər, ruhun və qəlbin təravətlənməsi, insanların həyatının öz istədikləri kimi dəyişilməsi üçün dualar oxunur. Həqiqətən də, insan yenilənməyi, çiçəklənməyi və xoşbəxtlik bəxş edərək, özünü həyatda mənalı etməyi, həmçinin dəyişikliklər şəraitində yaşamağı bahardan öyrənməlidir.
Sonda fürsətdən istifadə edərək, BMT tərəfindən “Sülh mədəniyyəti” olaraq qəbul edilən, region xalqlarının sülh və dostluq rəmzi hesab olunan Novruz bayramı və 1402 - cü ilin başlanması münasibəti ilə sizi və ailənizi səmimi qəlbdən təbrik edir və hər gününüz “Novruz” olmasını diləyir!
Əbülfəzl Rəbii – İran İslam Respublikasının Naxçıvandakı
Baş Konsulluğunun mədəniyyət attaşesi
Maraqlananlar kitabın elektron nüsxəsini aşağıdakı linkdən yükləyə bilərlər!
Öz rəyinizi yazın.