Kitabın adı: Ali Rəhbər həzrəti Ayətullah Xameneinin İnsan Hüquqları Məsələlərinə Baxışı
Giriş
İnsan hüquqlarının və insan ləyaqətinin qorunması hər bir cəmiyyətin əsas və düşündürücü məsələlərindən biridir. Fərqli ölkələrin dövlət başçıları zahirdə olsa belə, bu məsələlər barədə fikir bildirirlər.
Ali Rəhbər də müxtəlif mərasimlər zamanı olan çıxışlarında və müxtəlif bəyanatlarında bu vacib mövzu ilə bağlı fikirlərini dilə gətirərək, dünyaya çatdırıblar.
Bu kitabda həzrəti Ayətullah Xameneinin insan hüquqlarının ən böyük saxta iddiaçısı olan Amerikanın insan hüquqlarını pozması ilə əlaqadar olan bəzi məsələlər barədə bəyanat və nəzəriyyələri qeyd olunmaqdadır.
İnsan hüquqları humanitar və dini düşüncədə dərin və kök salmış bir anlayışdır. İnsan hüquqları dinindən, mədəniyyətindən, dilindən, irqindən, milliyyətindən, vəzifəsindən, qohumluğundan, etnik mənsubiyyətindən asılı olmayaraq insanlara aid olunan hüquqlardır. Əslində bəşər sivilizasiyasının tarixi peyğəmbərlərin, filosofların, şərq və qərbin dahi mütəfəkkirlərinin insan ləyaqətinin yüksəldilməsində, onun hüquqlarının və əsas azadlıqlarının qorunması sahəsində səylərinin göstəricisidir. İnsan hüquqları məsələləri İndiki dövrdə də aktual mövzulardan biridir. Bu hüquqlar insanın ən təbii haqqı sayılan yaşamaq hüququ ilə başlayaraq, söz azadlığı, yazı və düşüncə azadlığı kimi bəşəriyyətin kamilliyi və ucaldılmasına səbəb olan mənəvi hüquqlara doğru irəliləyir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də fərdlərin insan olmaqla əldə etdikləri hüquqlar təsdiq edilmişdir. Bunun təməlində isə bərabərlik prinsipi dayanmaqdadır. Çünki bütün insanlar birbirləri ilə eyni insani statusa sahibdirlər
Maraqlananlar kitabın elektron nüsxəsini aşağıdan yükləyə bilərlər
Öz rəyinizi yazın.