Kitabın adı: Həzrət Fatimətüz-Zəhra (s.ə) xanımın həyatı
Həzrət Fatimətüz-Zəhra (s.ə) xanımın həyatı
Həzrət Fatimeyi Zəhra (s.ə) İslam peyğəmbərinin və onunu həyat yoldaşı olan həzrət Xədicənin əziz qızı, İmam Əlinin (ə) həyat yoldaşı, İmam Həsən (ə) və İmam Hüseynin (ə) anasıdır.
Həzrət Fatimə (s.ə) İslam dinində çox yüksək mövqeyə malik olmaqla yanaşı, bir çox xüsusiyyətləri ilə də seçilir. O, həzrət Məsumədir. Eyni zamanda, 12 şiə imam da onun nəslindəndir. “Kövsər” və “İnsan” surələri, Təthir və “Məvəddət” ayəsi kimi Qurandan surə və ayələr İmama, onun həyat yoldaşı və övladlarına nazil olmuşdur.
Rəsuli-əkrəmin (s) rəvayətinə görə, o həzrətlə dostluq və düşmənçilik həzrət peyğəmbərlə (s)
dostluq və düşmənçilik deməkdir. Başqa bir rəvayətdə həzrət peyğəmbər (s) onu Seyyidətün-nisail-aləmin (dünya qadınlarının xanımı) adlandırmışdır.
Həzrət Fatimə (s.ə) hicrətin ikinci və ya üçüncü ilində İmam Əli (ə) ilə evləndi. Qurani-Kərimin bəzi ayələrində o, həyat yoldaşı və iki oğlu ilə bərabər həzrət peyğəmbərin (s) Əhli beyti kimi qeyd edilmiş və İslam peyğəmbəri (s) tərəfindən yüksək qiymətləndirilmişdir.
Maraqlananlar kitabın elektron formasını aşağıdakı linkdən əldə edə bilərlər!
Öz rəyinizi yazın.