• Jul 3 2023 - 09:19
  • 121
  • Mütaliə zamanı : 1 minute(s)

Qurani_Kərimi

 

Mədəniyyət və İslami Əlaqələr Təşkilatının rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmməd Mehdi İmanipur İsveçdə Qurani-Kərimin təhqir olunmasını pisləyən bəyanatla çıxış edib.

Allahın adı ilə

İsveç məhkəməsinin söz azadlığı bəhanəsi ilə Stokholmdakı əsas məscidin qarşısında Qurani-Kərimi yandırmaq üçün yığıncaq keçirməyə icazə verən son addım hökumətin və ölkənin təhlükəsizlik aparatının açıq-aşkar anti-islamizmini bir daha ortaya qoydu. Bu Avropa ölkəsi Qurban bayramı günlərində belə bir həyasızlıq etməklə bütün dünya müsəlmanlarının qəzəbinə və etirazına səbəb olub.

Heç kimə sirr deyil ki, Qərbdə “ifadə azadlığı”, “fikir ifadə etmək hüququ” kimi açar sözlər insanlığın, əxlaqın, insan haqlarının qorunması yolunda işlədilmək əvəzinə, bir vasitə və bu prinsiplərə qarşı mübarizə üçün bir bəhanəyə çevrilib.

İsveç hakimiyyəti müsəlmanların müqəddəs kitabının yandırılmasını “ifadə azadlığı” adı ilə adlandırıb. Digər tərəfdən, bu təhqiramiz və dözülməz hərəkətə etiraz etmək söz azadlığının pozulması nümunəsi kimi dəyərləndirilir! Bu, Qərbdəki aşkar və gizli güc cərəyanlarının illərdir qurmağa çalışdığı məqsədyönlü və tam şüurlu ziddiyyətdir.

Şübhəsiz ki, müsəlman xalqları Qurani-Kərimin müqəddəsliyini qorumağı özlərinin qırmızı xətti hesab edir və İsveçdə baş verənlər kimi təhqiramiz hərəkətlər qarşısında heç vaxt səssiz qalmayacaqlar.

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı İsveçdə Qurani-Kərimə qarşı təhqiri kəskin şəkildə pisləyir və bu hökumət ilk və minimum addımda Quran əleyhdarı toplanmasının qarşısını almaqla yanaşı, dini qırmızı xətləri keçərək onların emosiyalarını qızışdırdıqları üçün bütün dünya müsəlmanlarından üzr istəməsini istəyir.

Aydındır ki, İsveçin qərar qəbul etmə və siyasət qurma sistemində sistemli və həyasızcasına qurulan islamafobiya və anti-Quran siyasəti son nəticədə bu ölkədə “nifrətin yayılmasının” inkişafına səbəb oldu. Bu dövlətdən İsveç hökuməti və təhlükəsizlik orqanlarının zərərinə Qurana zidd toplantıların qarşısını almağını istəyir. Mövcud prosedurun dəyişdirilməsi və İslam dünyasına qarşı konstruktiv və interaktiv yanaşma ilə əvəzlənməsi sülh gətirə bilər.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: