• Jul 7 2025 - 07:43
  • 3
  • Mütaliə zamanı : 1 minute(s)
Tehran Universitetinin Saxta Sionist Rejimin Terror Hücumlarını Pisləyən Bəyanatı

Tehran Universitetinin Saxta Sionist Rejimin Terror Hücumlarını Pisləyən Bəyanatı

 Bismillahir-Rəhmanir-Rəhim

"Möminlərdən elələri var ki, Allaha verdikləri əhdə sadiq qaldılar. Onlardan kimisi (şəhid olaraq) əhdini yerinə yetirdi, kimisi də (şəhidliyini) gözləyir. Onlar (verdikləri əhdi) heç cür dəyişdirmədilər."

Qəddar və terrorçu sionist rejim dünən sübh beynəlxalq qayda və normaları açıq şəkildə pozaraq, əziz ölkəmiz İrana hücum etdi və bir qrup hərbi və universitet rəsmisi, eləcə də günahsız, məzlum insanları şəhid etdi.

Bu saxta və terrorçu rejimin mahiyyəti daha əvvəl, müxtəlif tarixi cinayətlərdə, xüsusən də son illərin cinayətlərində bütün dünya üçün aşkarlanmışdı. Dünən axşam İRANA beynəlxalq danışıqların ortasında baş verən bu hücum, bir daha göstərdi ki, bu lənətəgəlmiş rejim nəinki dünyada sülh və əmin-amanlıq arzusunda deyil, əksinə, müharibə törətmək və adam öldürmək onun tarixinin və mahiyyətinin bir hissəsidir.

Ölkənin bir qrup cəsur hərbi sərkərdəsinin və qeyrətli elmi cihadçılarının, xüsusən də ömrünü müxtəlif elmi və idarəçilik sahələrinə həsr edən və nəhayət mükafatını şəhidliklə alan şəhid alim Doktor Məhəmməd Mehdi Tehrançinin şəhadəti, ölkə elitası arasında cihad və şəhadətin qanlı tarixində daha bir qızıl səhifədir.

Tehran Universiteti bu vəhşi və terrorçu hücumları pisləyir, ölkənin görkəmli sərkərdələrinin, alimlərinin və əziz vətəndaşlarımızın şəhadəti münasibətilə başsağlığı verir və əmindir ki, əziz İran milləti öz ölkəsinə və ərazi bütövlüyünə qarşı təcavüzə qarşı birlik və sosial həmrəylik içində duracaqdır.

Tehran Universitetinin Rəhbər Heyəti

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: