VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
İran İslam Respublikası və Azərbaycan Respublikası mədəniyyət nazirləri arasında görüş
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli mayın 1-də İran İslam Respublikasının mədəniyyət və islamı irşad naziri Məhəmməd Mehdi İsmaili ilə görüşüb.
İranlı nazir görüş zamanı dedi:
Bizim Azərbaycanla bir çox mədəni, tarixi və sivilizasiya ortaqlığımız var və bu səbəbdən Azərbaycanda bir iranlı, İranda isə bir azərbaycanlı özünü yad hiss etmir.
Ayətullah Rəisi hökumətindəki təməlimiz qonşu ölkələrlə mədəni əlaqələri yenidən qurmaqdır.
İran İslam Respublikasının son münaqişələrdə tutduğu mövqe azərbaycanlı qardaşların haqlılığını vurğulamaq idi.
Biz iki ölkə arasında hərtərəfli mədəniyyət memorandumunu yenidən imzalamaq istərdik.
Azərbaycanla ortaq və uzun dəniz və su sərhədlərimiz var, mən təklif edirəm ki, sərhədyanı şəhərlərdə mədəniyyət mübadiləsi aparılsın.Biz hazırıq ki, hər iki ölkənin yazıçı və aktyorları ilə birlikdə ortaq film festivalı təşkil edək.
Nazir əlavə edərək dedi:
İran İslam Respublikasının prezidenti vurğulayır ki, qonşular arasında istənilən mədəni iş tam əməkdaşlıq və qarşılıqlı razılaşma çərçivəsində aparılmalıdır.
Biz Xəzəryanı ölkələrin ilk film festivalını keçirməyə çalışırıq, bu çərçivədə sizi və kinematoqraflarınızı bu festivala dəvət edirik.