• May 2 2024 - 15:38
  • 39
  • Mütaliə zamanı : Less than one minute
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu

İran İslam Respublikasının Mədəniyyət naziri dedi: İran İslam Respublikası hökumətinin mədəni əlaqələrin inkişafında prioriteti qonşulara xüsusi diqqət yetirməkdir

İran İslam Resdpublikasının Mədəniyyət naziri dedi: İran İslam Respublikası hökumətinin mədəni əlaqələrin inkişafında prioriteti qonşulara xüsusi diqqət yetirməkdir

Məhəmməd Mehdi İsmaili Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərək dedi:

Müasir və bir-biri ilə əlaqəli dünyada mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi, mədəni dəyərlərin və irsin qorunub saxlanması səyləri dünya xalqları arasında artan qarşılıqlı əlaqə və ölkələr arasında qarşılıqlı münasibətlərin kölgəsində reallaşacaqdır.

İcmalar arasında cəhalət və qərəzdən uzaq, dürüst söhbət və fikir ayrılıqlarını qəbul etməkdə liderlik etmək dünya insanlarının dinc həyatına, dinlər və mədəniyyətlərin yaxınlaşmasına zəmanət verəcəkdir.

İran İslam Respublikası hökumətinin mədəni əlaqələrin inkişafında prioriteti qonşularına və yaxınlıqdakı ölkələrə xüsusi diqqət yetirmək və Asiya və Afrika qitələri və dünyanın digər bölgələri ilə balanslı və stabil əlaqələr qurmaqdır. O cümlədən beynəlxalq təşkilatların fəaliyyətində iştirak etməklə qarşılıqlı fəaliyyət və əlaqələrin genişləndirilməsi bizim prioritetlərimiz sırasındadır və hesab edirik ki, sülhün yaradılması və qorunmasında, hökumətlər arasında münaqişələrin və anlaşılmazlıqların həllində beynəlxalq təşkilatların rolu çox səmərəlidir.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

:

:

:

: