• Jul 15 2025 - 05:10
  • 17
  • Mütaliə zamanı : 4 minute(s)
İran İslam Respublikasının prezidenti doktor Pezəkeşiyanın xaricdə yaşayan iranlılara müraciəti

İran İslam Respublikasının prezidenti doktor Pezəkeşiyanın xaricdə yaşayan iranlılara müraciəti

İran İslam Respublikasının prezidenti doktor Pezəkeşiyanın xaricdə yaşayan iranlılara müraciəti

Ayıq, qəhrəman və vəziyyəti düzgün dəyərləndirən İran xalqı!

Ölkəmiz böyük bir sınaqla üzləşdiyi bu günlərdə, bu torpağın əsl sahibi olan xalq, bir daha sübut etdi ki, İranın döyünən ürəyidir. Bu möhkəm dayanışma, dəstək və həmrəylik bu gün görünməyə, eşidilməyə və təşəkkürə layiqdir. Bu həm də məsul şəxslərin məsuliyyətini daha da ağırlaşdırır və haqlı gözləntilər doğurur.

Bu hadisələr zamanı psixoloji təzyiqlər və bir çox çətinliklər xalqımıza yüklənsə də, İranın müasir tarixində nadir rast gəlinən ictimai iştirak, həmrəylik və sosial birliyin şahidi olduq. Həm ölkə daxilində, həm də xaricdə yaşayan, tənqid edən və ya etməyən bütün iranlılar bir yumruq kimi birləşərək təcavüzkar düşmənə qarşı dayandılar və öz iradələrini ona qəbul etdirdilər.

Bu prosesdə, müharibənin ilk günündən etibarən İnqilab Rəhbərinin təmkinliliyi, uzaqgörənliyi və qətiyyəti – milli səfərbərliyi formalaşdırmaq üçün böyük və dəyərli bir sərmayə olaraq – bizə İslam Respublikasının birliyini bir daha xatırlatdı.

Bu gün isə yeni bir dövr başlayır – daha təhlükəsiz, sakit və güclü bir İran üçün ümid və hərəkət dövrü. Bu yol, yalnız əziz xalqın həmrəyliyi və birliyi, milli vəhdətin qorunması və gənc qüvvə ilə yenilikçi düşüncəyə arxalanmaqla mümkün olacaq.

Yeni üfüqlərin açılması üçün keçmişə tənqidi nəzərlə baxmalıyıq. Bizi daha yaxşı bir gələcəyə aparacaq şey – ümidi bərpa etmək, öyrənməyə, dəyişməyə və ağılla, həmrəyliklə yeni yol qurmağa hazırlıqlı olmaqdır.

Milli təhlükəsizliyimiz həm hərbi güclə, həm də könül bağları və ictimai birliklə təmin olunur. İndi isə sosial kapitalımıza arxalanaraq, parlaq bir gələcəyə doğru addım atmağın zamanıdır. Biz heç vaxt müharibə axtarmamışıq və daim davamlı dünya sülhündə fəal rol oynamağa çalışmışıq. Düşmənlər bilməlidirlər ki, xalqımız sülhsevər olsa da, əsla təslim olmur. İran – tarixi, mədəni və dini köklərinə əsaslanaraq – bütün xalqlar üçün ədalət və insan ləyaqətini axtaran bir ölkədir.

Bildirildiyi kimi, sionist düşmən bizə o şəraitdə hücum etdi ki, biz amerikalılara olan etimadsızlığımıza baxmayaraq, ictimai fikirdə yanlış anlaşılmaları aradan qaldırmaq və ölkəmizin nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu sübut etmək üçün onlarla danışıqlar aparırdıq. Beş raund müzakirədən sonra altıncı mərhələyə hazırlaşarkən, ABŞ-ın dəstəyi ilə sionist rejim qəfil və namərdcəsinə ölkəmizə hücum etdi və nəticədə bir sıra hərbi komandirlərimiz, nüvə alimlərimiz və günahsız qadın və uşaqlar da daxil olmaqla, mülki vətəndaşlarımız şəhid oldu. Dəfələrlə bildirmişik ki, nüvə proqramımız dinc məqsədlərə əsaslanır. Təcrübə göstərib ki, nə vaxt İran sabitlik və sülh yolunda addımlasa, sionist rejim bu prosesi pozmağa çalışır.

Beynəlxalq qanunlara və BMT Nizamnaməsinə uyğun olaraq, 12 günlük sionistlərin təcavüzkar müharibəsi zamanı etdiyimiz müdafiə, məhz bir düşmənə qarşı qanuni özünümüdafiə idi. İlk hücumda bir sıra hərbi komandirlərimiz şəhid edilsə də, İnqilab rəhbərinin uzaqgörənliyi və rəhbərliyi sayəsində tez bir zamanda onların yerinə təyinatlar oldu, silahlı qüvvələrimizin döyüş strukturu yenidən quruldu və ordumuz daha güclü bir özgüvənlə düşmənə ağır zərbələr endirdi.

Gələcək yolumuz aydındır və hökumət diplomatiya qapılarını açmaq və yeni üfüqlər yaratmaq üçün bütün imkanlardan istifadə edəcək. Biz hələ də inanıraq ki, diplomatiya pəncərəsi açıqdır və bu sülh yolunu bütün siyasi imkanlarımızla ciddi şəkildə davam etdirəcəyik. Biz konstruktiv diplomatiya və qarşılıqlı anlaşmanın tərəfdarı, müharibənin əleyhinəyik. Müharibə kölgəsini ölkədən uzaqlaşdırmaq üçün, xalqımızın hüquqlarını qorumaqla yanaşı, bütün siyasi və diplomatik imkanlardan istifadə edəcəyik.

12 günlük müharibə zamanı xalqla hakimiyyət arasında yaranmış həmrəylik hökumət üçün xalqımıza daha çox xidmət etmək baxımından bir fürsətdir. Bütün icra qurumları və dövlət məmurları bu məsələyə xüsusi diqqət yetirir və planlarımızda əsas meyar xalqın razılığıdır. Əhalinin dolanışıq və səhiyyə problemləri ilə üzləşməməsi üçün bütün gücümüzlə çalışacağıq. Birlikdə əlimizi birləşdirib, ölkənin başıuca olması üçün çalışmalıyıq.

Aidiyyəti nazirliklər və məsul qurumlar bazarın vəziyyətini daima izləyərək zəruri koordinasiyaları həyata keçirir ki, əsas məhsulların təminində çatışmazlıq yaranmasın. Mövcud nəzarət və idarəetmə mexanizmləri, eləcə də verilmiş təlimatlar çərçivəsində sabitlik və sakitliyin davam edəcəyinə inanırıq – İnşallah.

Sonda bu müharibədə şəhid olmuş bütün fədakarlarımız üçün Uca Allahdan yüksək məqamlar diləyirəm və ümid edirəm ki, düşmənlərimiz xalqımızı artıq tanımış olacaqlar və bir daha belə yanlış hesablamalara yol verməzlər. Çünki silahlı qüvvələrimiz bu gün düşmənlərin səhv hesablamalarının əksinə olaraq, öz müdafiə gücünün ən yüksək səviyyəsindədir və əgər düşmənlər bir daha İran torpağına təcavüz etmək istəsələr, bundan da sərt cavablarla qarşılaşacaqlar.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: