İran İslam İnqilabının Nailiyyətləri kitabı
Müqəddimə
İslam İnqilabı, İran, region, İslam dünyası və qeyri-İslam dünyasında böyük və əsaslı dəyişikliklərin başlanğıcı hesab edilməlidir. İslam İnqilabının Ali Rəhbəri İmam Xomeyni, İslam İnqilabını "əsrin möcüzəsi" və "işığın partlaması" adlandırdı. Bu sözlər İslam İnqilabının əzəmətini təsvir etmək üçün kifayətdir. “Fəcr on günlüyü, İslam İnqilabının qələbəsi il dönümünün gəlişi, İslam İnqilabının müxtəlif sahələrdə qazandığı uğurları yenidən gözdən keçirmək üçün əla bir fürsətdir. İslam İnqilabının qələbəsi zamanından nə qədər uzaqlaşsanız, İslam İnqilabının nailiyyətləri mövzusuna toxunmaq və İslam Respublikasının qazandığı uğurları və tərəqqini izah etmək bir o qədər vacibdir. İnqilaba və İslam Respublikasına qarşı yumşaq müharibədə düşmənlərin strateji hədəflərindən biri də cəmiyyətdə və xüsusən də gənc nəsildə gələcəyə doğru ümidsizlik yaratmaq, şantaj, problemləri böyütmək, İslam İnqilabının qazandığı nailiyyətləri sual altında qoymaqla, inqilab və dini sistemin faydasız olduğunu göstərməkdir. Düşmənlər, medianın gücü ilə İslam İnqilabı həqiqətlərinin və İslam Respublikasının qazandıqları uğurların anlaşılmasının qarşısını almağa və inqilabın və İslam Respublikası sisteminin bir növ xalq dəstəyini pozmağa çalışırlar. Belə bir şəraitdə, inqilabın və İslam Respublikasının qazandıqları nailiyyətləri kimi izah etməyin vacibliyi bir vəzifə olaraq ortaya çıxır. Bu yazıda, İslam İnqilabının ən mühüm nailiyyətlərini və İslam Respublikasının tərəqqisini nəzərdən keçirərək bu vəzifəni yerinə yetirməyə cəhd edilir.
Əbülfəzl Rəbii – İran İslam Respublikasının Naxçıvandakı
Baş Konsulluğunun mədəniyyət attaşesi
Maraqlananlar faylın elektron formasını aşağıdakı linbkdən əldə edə bilərlər!
Öz rəyinizi yazın.