İranda Sağlamlıq Turizmi jurnalı nəşr olundu
Son illərdə İranın səhiyyə turizmində artan inkişaf tendensiyası müşahidə olunmaqdadır
Son illərdə İranın səhiyyə turizmində artan inkişaf tendensiyası müşahidə olunmaqdadır. Belə ki, tibb sahəsindəki inkişaf və tərəqqi elm, texnologiya və səhiyyə xidmətləri sahələrində mühüm uğurlara imza atmaqla yanaşı, ölkəmizi regionun və dünyanın elmi və tibbi mərkəzlərindən birinə çevirib.
İranın bir neçə min illik tibbi bilik və əxlaq tarixi, mütəxəssis həkimləri, ən müasir avadanlıq, müasir texnologiya və tibbi avadanlıqla təchiz edilmiş geniş xəstəxana və cərrahiyyə mərkəzləri şəbəkəsi, sonsuzluğun müalicəsi, kök hüceyrələr, ürək-damar cərrahiyyəsi, göz cərrahiyyəsi, estetik cərrahiyyə, xərçəng diaqnozu və müalicəsi, bütün növ transplantasiya və diş müalicələri sahələrində effektiv müalicə üsullarına malik olması ilə yanaşı, həm də digər bir tərəfdən, özünəməxsus coğrafi mövqeyi, səfalı iqlimi, möhtəşəm təbiət mənzərələri, şəfa verən təbii mənbələri səhiyyə turizmi sahəsində yüksək potensiala malikdir. İran dünya səhiyyə turizmi sahəsində fəal və aparıcı ölkələr sırasındadır.
İranın Mədəni İrs, Turizm və Əl İşləri Sənayesi Nazirliyi hər zaman ölkənin səhiyyə turizmi strategiyaları çərçivəsində, səhiyyə sahəsində mövcud sektorları aktivləşdirərək, profesional sağlamlıq sertifikatına malik olan turizm şirkətlərin sayını artıraraq lazımi tədbirləri həyata keçirməklə, İranda səhiyyə turizminin güclənməsi və inkişafı sahələrində əhəmiyyətli addımlar atmışdır. Bu isə, İranın dünya səhiyyə turizmi bazarında olan payını artırmışdır.
Maraqlananlar jurnalı aşağıdakı linkdən yükləyə bilərlər
Öz rəyinizi yazın.