• May 19 2022 - 11:21
  • 200
  • Mütaliə zamanı : 1 minute(s)
27Ordibeheşt – 17 may

İranda pəhlivanlıq və zorxana idmanı günü münasibətilə

İranlıların mənəvi irsi olan güləş mədəniyyəti və Zorxana idmanı qədim tarixə malik olmaqla, bütün insanlar üçün xüsusi önəmə malikdir. İslamın gəlişi ilə qəhrəmanlıq mədəniyyəti qədim Şahnamə hekayətlərindən çıxarılaraq zurxanə idmanı kimi zurxanələrdə yaşamağa davam etmişdir. Bu idman növü, İran mədəniyyətində qədim köklərə malik olan və Mövla Əlinin (ə) şücaəti və cəngavərliyinə əsaslanan cəngavərliklə əqli və fiziki güc arasındakı əlaqəni göstərən idman növüdür. Bu idman İran adət-ənənəsində şücaət, səmimiyyət, cəngavərlik və əxlaqi şücaətin mükəmməl nümunəsidir. İdmançı və qəhrəman olmaq pəhlivanlıq demək deyil. Pəhlivanlıq bədəni və ruhu inkişaf etdirmək üçün iradə və əzm deməkdir. Zorxana idmanında pəhlivanlıq mədəniyyəti eqoizmi, məğrurluğu ən pis xislət hesab edir və bu səbəbdən də idmançılarda zahiri görkəmlə yanaşı, təvazökarlığı da inkişaf etdirməyə çalışır. İdmançı bu mədəniyyətdə çempion olsa, təkəbbür və qürurdan uzaq olmalıdır. O, pəhlivan olsa da, xalq və ustadlar qarşısında təvazökar davranmalı, gözəl rəftar və əməl sahibi olmalıdır.

Bu idman növü iranlılar üçün əhəmiyyətli olmasından əlavə, pəhlivanlıq və zorxanə idman növü 2010-cu il noyabrın 16-da İran tərəfindən YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilib.

Almaniyanın “Brukhaus” ensiklopediyası Köln İdman Universitetinin araşdırmasına istinadən zorxananı dünyanın ən qədim bodibildinq idman növü kimi qeyd edir.

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: