• Sep 30 2024 - 07:26
  • 20
  • Mütaliə zamanı : 2 minute(s)
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin mesajı

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneinin mesajı

İslam İnqilabının Ali Rəhbəri Ayətullahul-Üzma Seyid Əli Xameneinin Livan Hizbullahının Baş katibi Höccətül-İslam vəl-Müslimin Şəhid Seyid Həsən Nəsrullahın Şəhadəti Münasibətilə Mesajı

Bağışlayan və mehriban Allahın adı ilə

Həqiqətən, biz Allahınıq, ona tərəf də qayıdacağıq.

Əziz İran xalqı, böyük İslam ümməti!

Böyük mücahid və məntəqədə müqavimət bayraqdarı, fəzilətli din alimi, müdrik siyasi rəhbər cənab Həsən Nəsrullah (Allah ona rəhmət eləsin) dünən axşamkı Livan hadisəsində şəhadət məqamına nail oldu və mələkut aləminə pərvaz etdi.

Müqavimətin əziz seyidi on illər boyu Allah yolundakı cihadın və onun çətinliklərinin mükafatını müqəddəs bir mübarizə zamanında qazandı. Seyid Həsən Nəsrullah Beyrutun Zahiyə məntəqəsində yaşayan sığınacağı olmayan insanları, onların viran olmuş evləri və şəhid olmuş əzizlərinin müdafiəsi üçün plan hazırlamaqla məşğul olarkən şəhid oldu. Necə ki, on illərlə Fələstin və onun qəsb olunmuş şəhər və kəndlərinin zülmə məruz qalmış əhalisini, viran edilmiş evlərini və qətliam olmuş əzizlərini müdafiə etmək üçün plan cızmış, tədbir tökmüş və cihad etmişdir. Bu qədər mücahidlikdən sonra şəhadət feyzinə yetişmək Seyid Həsən Nəsrullahın həqiqi bir haqqı idi.İslam dünyası əzəmətli şəxsiyyəti, müqavimət cəbhəsi görkəmli bayraqdarını və Livan Hizbullahı nadir bir başçısını itirdi, lakin onun on illər boyu tədbir və cihadının bərəkəti heç zaman aradan getməyəcəkdir. Seyid Həsən Nəsrullahın Livanda təməlini qoyduğu prinsip digər müqavimət mərkəzlərinə istiqamət verdi. Onun yoxluğu ilə bu prinsip nəinki aradan getməyəcəkdir, hətta onun və bu hadisədəki şəhidlərin qanının bərəkəti ilə bu prinsip daha çox möhkəmlənəcəkdir. Müqavimət cəbhəsinin çürümüş və aradan getməkdə olan sionist rejimin cisminə vurduğu zərbələr Allahın qüdrəti ilə daha da sarsıdıcı olacaqdır. Bu hadisədə sionist rejimin çirkab olan zatı qələbəyə nail olmadı. Müqavimətin seyidi bir fərd deyildi, bir yol və bir məktəb idi. Bu yol elə o cür də davam edəcəkdir. Şəhid Seyid Abbas Musəvinin qanı yerdə qalmadığı kimi, Seyid Həsənin də qanı yerdə qalmayacaqdır.

Əziz Seyidin atası və Seyiddən öncə övladı Seyid Hadini Allah yolunda vermiş dəyərli həyat yoldaşına, həmçinin əziz övladları və bu hadisədə şəhid olanların ailələrinə, Hizbullahın ayrı-ayrılıqda hər bir üzvünə, Livanın əziz xalqı və dövlət rəsmilərinə, müqavimət cəbhəsinə və bütün İslam ümmətinə əzəmətli Nəsrullah və yoldaşlarının şəhadəti münasibətilə təbrik və başsağlığı verirəm.

İran İslam Respublikasında beş gün ümumxalq hüzn günü elan edirəm.

Salam olsun Allahın saleh bəndələrinə!

 

Ayətullahul-Üzma Seyid Əli Xamenei - İslam İnqilabının Ali Məqamlı Rəhbəri 

28 sentyabr 2024-cü il

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Öz rəyinizi yazın.

:

:

:

: