“Fars Dili” İxtisası Üzrə Magistr Pilləsinə Qəbul üçün Qeydiyyat Müddədi Uzadıldı
“Fars Dili” İxtisası Üzrə Magistr Pilləsinə Qəbul üçün Qeydiyyat Müddədi Uzadıldı

“Fars Dili” İxtisası Üzrə Magistr Pilləsinə Qəbul üçün Qeydiyyat Müddəti Uzadıldı
Elanı
Sədi Fondu qeyri-farsdillilərə fars dilini öyrətmək, bu sahədə gənc və istedadlı qeyri-iranlı müəllimlər hazırlamaq məqsədi ilə ixtisaslı abituriyentləri akademik dərəcə almağa dəvət edir. Müraciət edənlər magistratura pilləsində “Fars Dili” ixtisası üzrə təhsil alacaqlar. Tədris-tədqiqat metodu ilə təhsilin müddəti ən azı 2 ildir. Təhsil proqramına dərslər və dissertasiya işi daxildir.
Qəbul edilən tələbələr İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyindən A tipi təqaüd (ödənişsiz) alacaqlar.
“Fars dili” ixtisasının magistratura pilləsi üzrə qəbul tələbləri aşağıdakılardan ibarətdir:
Nüfuzlu beynəlxalq universitetdə “Fars Dili və Ədəbiyyatı”, “Dilçilik”, “Xarici Dillərin Tədrisi”, “Beynəlxalq Əlaqələr”, “Şərqşünaslıq” və “İranşünaslıq” sahələrindən biri üzrə bakalavr dərəcəsinə malik olması
Yaşının maksimum 27 - dən yuxarı olmaması
Bakalavr pilləsinin minimum orta balının 15 olması
“Fars Dili Biliklərinin Ölçülməsi” (AMFA) imtahanında 7 baldan ən azı 5 bal toplaması
Orta və yuxarı səviyyədə İngilis dili biliyinə malik olması
Yekun qəbul müsahibəsində uğur qazanması
Universitetin akkreditasiyası Elm, Tədqiqat və Texnologiya Nazirliyinin meyarları əsasında aparılır.
Tələb olunan sənədlər:
Pasport (ən azı altı ay etibarlı olmalıdır)
Bakalavr diplomunun təqdimatı (Orijinal dildə və ingilis dilinə tərcümə olunmuş formada)
Bakalavr transkriptləri: (orijinal dildə və ingilis dilinə tərcümə olunur)
Son qeydiyyat tarixi: 26/05/2024-cü il tarixindən 21/06/2024-cü il tarixinədək
Qeydiyyatdan keçmək üçün: s1f.ir/scholarship2024 saytına daxil olun.
Ətraflı məlumat üçün: edu@saadifoundation.ir