• Mar 1 2023 - 11:15
  • 134
  • Mütaliə zamanı : 1 minute(s)

“Günəş Ölkəsinin Qonağı” kitabı

Allahın adı ilə

 

 Ön Söz

“Günəş Ölkəsinin Qonağı” kitabı İranda anası yapon əsilli olan yeganə şəhidinin anası “Koniko Yamamuranın Xatirələri” ni tamaşaçılara təqdim edir. İranlı müsəlman kişi ilə tanış olub onunla ailə qurduqdan sonra Yaponiyadan İrana köçən “Koniko Yamamura” Qurani-Kərimdən özünə Səba adını seçib. “Həmid Hesam” və “Məsud Əmirxani” bu şərqli xanımın oxunaqlı xatirələrini nümunəvi dəqiqliklə ifadə etməklə və onun istifadə etdiyi bəlağətini qoruyub saxlamaqla qələmə almışdır.

İyirmi bir yaşına qədər Buddanın təlimləri əsasında böyüyən “Koniko Yamamura” müsəlman həyat yoldaşı ilə görüşünü həyatının dönüş nöqtəsi hesab edir. O, bildirir ki, bu görüşdən sonra hər şey dəyişdi. İslami və inqilabi dəyərlərin dünyasına gətirdiyi yeni məqam və həyatının bəhrəsi on doqquz yaşlı oğlunun bu dəyərlərin mühafizəsi yolunda şəhadətə yetməsi oldu.

 “Xanım Koniko Yamamuranın Xatirələri” kitabı onun həyatı və ailəsindən bəhs etməklə yanaşı üç cəhətdən diqqəti çəkir. Birinci məsələ iranlı müsəlman kişinin İslami əxlaq və davranışı ilə yapon buddist qadına təsiri ilə Yapon qadının İslam dininə meyl etməsidir. İkinci məsələ İran tarixinin və Müqəddəs Müharibənin bir hissəsinin yapon və əcnəbi xanımın nəzərindən nəql edilməsidir ki, bu da tamaşaçıları heyrətə gətirir. Üçüncü məsələ isə, Yapon qadının oğlunun şəhadətidir və bu hadisə İslam elminin sərhəd tanımadığını göstərir. Bu yapon müsəlman xanım haqqı və İslami dəyərləri müdafiə etmək üçün övladını İran İslam İnqilabı üçün fəda edib. Yapon bir qadınının real həyatının füsunkar və heyrətamiz hekayəsindən bəhs edən bu kitab azərbaycanlı bacı və qardaşlar üçün maraqlı və oxunaqlı olacaqdır.

İran İslam Respublikasının Naxçıvandakı Baş Konsulluğunun Mədəniyyət Attaşesi Əbülfəzl Rəbii

Maraqlananlar  kitabın elektron nüsxəsini aşağıdakı linkdən yükləyə bilərlər!

Nakhchivan Azerbaijan

Nakhchivan Azerbaijan

Fayllar

Öz rəyinizi yazın.

:

:

:

: