“Nəhcül-Bəlağənin ardıcıl şərhi” adlı teleqram kanalı istifadəyə verildi
İmam Əlinin (ə) şəhadət gününün yetişməsi münasibəti ilə Azərbaycan dilində danışanlar üçün " Nəhcül-Bəlağənin ardıcıl şərhi" adlı rəsmi teleqram kanalı fəaliyyətə başlayıb.
İmam Əlinin (ə) şəhadət gününün yetişməsi münasibəti ilə Azərbaycan dilində danışanlar üçün " Nəhcül-Bəlağənin ardıcıl şərhi" adlı rəsmi teleqram kanalı fəaliyyətə başlayıb.
İmam Əlinin (ə) şəhadəti münasibəti ilə imam Əlinin (ə) məqam və xüsusiyyətlərini o həzrəti sevənlərə daha artıq tanıtmaq üçün, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Beynəlxalq Təbliğat Baş İdarəsinin təşkilatçılığı və Mərkəzi Asiya, Qafqaz və Rusiya üzrə təbliğat eksperti Höccətül-İslam vəlmüslimin Məhəmməd Baqer Saivərin rəhbərliyi ilə Nəhcül-Bəlağənin izahı və təfsiri mövzusunda yazılı və şifahi materialların yüklənməsi üçün “Nəhcül-Bəlağə” dini kanalı yaradılmışdır.
Maraqlananlar bu dini kanalda Əmirəl-möminin (ə)-ın Nəhcül-bəlağədə olan qiymətli kəlamları ilə bağlı məfhum və təfsirləri ardıcıllıqla öyrənə bilər. Bu kanalın ən mühüm özəlliyi ondan ibarətdir ki ilk xütbələrdən başlayaraq ərəbcə mətn və tərcüməsi ilə birlikdə təfsir dərsləri də təqdim olunacaq.
Əhli-beyt sevərlər http://t.me/nehcul_belage teleqram kanalına müraciət edə bilərlər.
Öz rəyinizi yazın.