Ali Məqamlı Rəhbər: 1402-ci il inflyasiyanın qarşısının alınması və istehsalın artırılması ilidir
Ali Məqamlı Rəhbər: 1402-ci il inflyasiyanın qarşısının alınması və istehsalın artırılması ilidir
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 1402- ci hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı mesajda İran xalqını və Novruz bayramını qeyd edən bütün xalqları təbrik etdikdən sonra ölkənin keçən ilki ən mühüm məsələsinin iqtisadiyyat və xalqın məişəti məsələsi olduğunu dedi.
Ali Məqamlı Rəhbər:
1402-ci il inflyasiyanın qarşısının alınması və istehsalın artırılması ilidir
İslam İnqilabının Ali Rəhbəri Həzrət Ayətullah Xamenei 1402- ci hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı mesajda İran xalqını və Novruz bayramını qeyd edən bütün xalqları təbrik etdikdən sonra ölkənin keçən ilki ən mühüm məsələsinin iqtisadiyyat və xalqın məişəti məsələsi olduğunu dedi. O vurğuladı ki, bu il də iqtisadiyyat ölkənin əsas məsələsi olmalıdır. O, 1402-ci ilin şüarının “inflyasiyanın qarşısının alınması və istehsalın artırılması ili” olduğunu elan etdi.
İslam İnqilabının Rəhbəri özünün Novruz mesajının əvvəlində təbiətin baharı ilə mənəviyyat baharının eyni vaxta düşməsinə işarə edərək dedi: “Mübarək Ramazan ayında mənəviyyat nəsimi hamının halına şamil olur. Qəlblərimizi bu ilahi və ətirli mehlə ətirləndirməliyik”.
Həzrət Ayətullah Xamenei 1401-ci ilin hadisələrinə qısa ekskursiya edərək bu ilin İslam İnqilabından sonrakı bütün illər kimi acı və şirin hadisələrlə müşayiət olunduğunu qeyd edərək vurğuladı ki, iqtisadiyyat ölkənin ən mühüm məsələsidir: “İqtisaidyyat sahəsində də acı və şirin hadisələr oldu. Acı hadisələr, əsasən, inflyasiya, bahalıq, xüsusilə qida məhsulları və həyat üçün zəruri olan əsas vasitələrin daha çox bahalaşması, onun cəmiyyətin aşağı gəlirli hissələrini daha çox sıxması olmuşdur”.
O dedi: “İqtisadiyyat sahəsində yaxşı və qurucu işlər görülmüşdür. Bu işlər əhalinin həyatı və məişəti ilə əlaqələndirilməlidir”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, 1401-ci ildə fəaliyyətini tam və qismən dayandırmış bir neçə min müəssisənin işə başlaması, habelə elm təməlli şirkətlərin artırılması və işsizliyin az faizinin ortadan qaldırılması ilə istehsala verilən dəstək iqtisadiyyat sahəsində atılmış müsbət addımlardan olmuşdur: “Keçən il iqtisadiyyat sahəsinin sevindirici hadisələrindən biri imkanların, dövlət və özəl istehsalçıların nailiyyətlərinin sərgisi, İmam Xomeyni (r.ə) adına hüseyniyədə ölkənin əsas istehsalçılarının toplantısı olmuşdur”.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, onun ölkə istehsalçılarının fəaliyyətləri ilə bağlı rəyi müsbətdir. O, bəzi iqtisadi göstəricilərin artımına da işarə edərək dedi: “Sığorta sahəsində göstəricilər yaxşıdır. Su, qaz, yol və ekologiya sahələrində də yaxşı işlər görülmşüdür”.
O dedi: “İsrarla deyirəm, iqtisadiyyat sahəsində həyata keçirilmiş yaxşı işlər xalqın, xüsusilə zəif təbəqələrin həyatı və süfrəsinin yaxşılaşması ilə nəticələnməlidir. Bu isə yalnız dəqiq proqram tərtibatı və bu işlərin davamlılığı ilə mümkündür”.
İslam İnqilabının Rəhbəri ölkənin iqtisadi vəziyyətini qiymətləndirərkən qeyd etdi ki, qiymətlnədirmə aparılarkən acı və şirinlər yanaşı qoyularaq birlikdə hesablanmalıdır.
Həzrət Ayətullah Xamenei vurğuladı ki, iqtisadi problemlər təkcə İrana məxsus deyil. Demək olar ki, bütün ölkələr, o cümlədən iqtisadiyyatı güclü və mütərəqqi olan ölkələr də iqtisadi çətinliklərə, hətta bankların iflası və külli miqdarda borc probleminə məruz qalıblar: “Hökumət rəhbərləri, habelə iqtisadi, siyasi və mədəni fəallar bütün güclərini ortaya qoymalı, acı gerçəkləri azaltmalı, müvəffəqiyyətləri çoxaltmalıdırlar ki, bu il İran xalqı üçün şirin bir il olsun”.
O, 1402-ci illə bağlı bunları dedi: “Cari ildə də ölkənin əsas məsələsi iqtisadiyyatdır. Amma bu heç də o demək deyil ki, digər sahələrdə probelm yoxdur. Ölkənin mədəni və siyasi sahələrində müxtəlif problemlər mövcuddur. Amma hökumət, məclis, iqtisadi fəallar, əhalinin gənc və motivasiyalı qrupları bütün səylərini əhalinin problemlərinin həlli üçün səfərbər etsələr, digər problemlərin də çoxu öz həllini tapacaqdır”.
İslam İnqilabının Rəhbəri qeyd etdi ki, xlaqın problemlərinin həlli istehsal kimi əsas və fundamental iqtisadi fəaliyyətlərdən, əhalinin qarşılıqlı yardımlaşması, cəmiyyətin zəif təbəqələrinə yardım edilməsindən asılıdır: “İstehsalla yanaşı görülməli olan əsas işlərdən biri investisiyadır. Dövlət və özəl sektorların məsul şəxsləri buna xüsusi diqqət ayırmalıdırlar”.
Həzrət Ayətullah Xamenei 1390-cı illərdə ölkənin investisiya sahəsində geriləməsinə işarə edərək dedi: “Ciddi boşluqlardan biri investisiya məsələsidir. Proqram tərtibatı ilə buna zəmin yaradılmalıdır”.
O əlavə etdi: “Mən bütün bu cəhətləri, xüsusilə əsas problem kimi inflyasiya məsələsini, ölkənin iqtisadi problemlərdən xilasının açarlarından biri kimi istehsalı nəzərə alaraq 1402-ci ilin şüarını “infilyasiyanın qarşısının alınması və istehsalın artırılması ili” elan edirəm”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Məsul şəxslər, iqtisadi fəallar, xalq və mədəni fəallar, habelə mədəniləşdirmə vəzifəsi daşıyan tele-radio şirkəti bütün səylərini bu iki məsələyə yönəltməlidir ki, ilk növbədə inflyasiyanın qarşısı alınsın və inflyasiya azalsın, sonra da istehsalın artımına zəmin yaransın”.
İslam İnqilabının Rəhbəri Novruz mesajının sonunda Həzrət Bəqiyyətillaha (əf) öz sevgisini bildirərək, Allah-taaladan böyük imamın və şəhidlərin pak ruhları üçün uca dərəcələr, yeni ildə İran xalqının xoşbəxtliyini, şadlığını və novruzunu istədi.
Öz rəyinizi yazın.