• Apr 22 2022 - 14:21
  • 345
  • Mütaliə zamanı : 2 minute(s)
Tədbir

Bakıda Quranla üns mərasimi keçirilmişdir

İyirmi bir aprel axşamı Qədr gecəsi münasibətilə İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət mərkəzinin binasında hörmətli Quran qarilərinin iştirakı ilə “Quranla üns mərasimi”nin baş tutdu.

İyirmi bir aprel axşamı Qədr gecəsi münasibətilə İran İslam Respublikasının Bakıdakı səfirliyinin Mədəniyyət mərkəzinin binasında hörmətli Quran qarilərinin iştirakı ilə “Quranla üns mərasimi”nin baş tutdu. Tədbirdə Azərbaycan Respublikası Quran müəllimləri və bir hissə oruc insan iştirak edib.  

Mərasimdə Azərbaycan Respublikasının tanınmış qarilərindən Xanım Əlizaman Əliyev, Kamal Məmmədov, Rahib Əliyev, Vasif Əliyev, Veysəl Salayev və Rəşad Nurullah Uca Allahın kəlamlarından ayələr oxudular. İrandan iki nəfər tanınmış qari ustad Əbülqasimi və Hamed Şaşirnəjad virtuial olaraq tədbirə qatıldılar.

Mərasimin əvvəlində İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sdəri cənab Purmərcan qonaqları salamlayaraq Azərbaycan Respublikasında koronavirus məhdudiyyətlərin aradan qaldırılmasına işarə edərək əlavə etdixoşbəxtlikdən bir neçə ildən sonar bu nurani məclisə toplaşıb dost ölkənin Quran qarilərinə qulaq asa bildik.

O, Quranın Qədr gecəsində nazil olması və Qədr gecəsinin keçirilməsinin əhəmiyyətinə toxunaraq dedi: “Qədr gecəsinin əhəmiyyəti Quranın nazil olmasıdır. O əlavə etdi ki, İslam cəmiyyəti üçün vacib olan Quranı bəşəriyyətin hidayət kitabı kimi tanımaqdır ki, müsəlmanlar ona əməl edə bilsinlər.

İranın Mədəniyyət Mərkəzinin sədri “Vaqiə” surəsinin təfsirində Molla Sədranın xatirələrinə də toxunub dedi: “Mən öz həyatımı yazdım, müxtəlif mərasimlərdə çıxışlar etdim və özümü böyük şəxsiyyət hesab etdim. Bəsirətim açıldıqda Quran və Peyğəmbəri-Əkrəmin və Əhli-beytin (ə) rəvayətlərinin sorağına getdim, çünki mən ömrüm boyu nur əvəzinə kölgələrdə dayanmışdım, Quranın sirləri ilə tanış oldum və indi etiraf edirəm ki, Quran Allahın lütfü ilə girilə bilən dərin bir dənizdir, amma heyf ki, ömrüm qısa, sərmayəm kiçikdir, Allahı tanısınlar və hər gün  şükr səcdəsini etsinlər.

Bu mübarək mərasimin davamında Ali Rəhbərin Azərbaycan Respublikasındakı nümayəndəsinin müavini Höccətülislam və müsəlimin Mirsalam itaət və ibadətlərin qəbul olmasını diləyərək, bu şərəfli mərasimin keçirilməsinə görə Mədəniyyət Mərkəzinə təşəkkürlərini bildirərək, Quranın həyatda olan faydalarından danışdılar.

İmam Əlinin (ə) “Nəhcül-bəlağə”dəki kəlamına işarə edərək buyurdu: “İmam İlahi kitabın öyrənilməsi əhəmiyyətinə təkid etmiş və bildirmişdir ki Quran qəlblərin baharı və dərdlərin dərmanıdır. Quran nurdur və hər yerdə zülmətin qarşısında gəlib. Islamda nur xüsusi yerə malikdir və Nur adlı surə də var. Allah tövsiyə edib ki Pyeğəmbərə itaət edək və Qurana əməl edək ki düzgünlüyə çataq.

Ali Məqamlı Rəhbərin nümayəndəsinin müavini də müqəddəs Ramazan ayında Quran tilavətini, bu nurani kitabın ayə və qaydalarının məna və məfhumunda diqqəti çox fəzilətli hesab edib.

Bu mərasimdə “Təvaşih” qrupu  çox mənəvi mühit yaratmaq üçün Qurani-Kərimdən ayələr oxuyaraq tamaşaçıların diqqətini cəlb etdilər. 

baku Azerbaijan

baku Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: