• Jan 13 2023 - 15:34
  • 281
  • Mütaliə zamanı : 3 minute(s)
Şəhriyar Mədəniyyət Evində Həzrət Zəhranın (s) mövludu münasibətilə mərasim keçirildi

Şəhriyar Mədəniyyət Evində Həzrət Zəhranın (s) mövludu münasibətilə mərasim keçirildi

İran İslam Respublikasının Azərbaycandaki səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz qızı, Həzrət Fatimeyi Zəhranın (s) mövludu, həmçinin İslami Qadınlar günü münasibətilə möhtəşəm mərasimi keçirildi

Şəhriyar Mədəniyyət Evində Həzrət Zəhranın (s) mövludu münasibətilə mərasim keçirildi

12 yanvar 2023-cü il cümə axşamı, İran İslam Respublikasının Azərbaycandaki səfirliyinin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz qızı, Həzrət Fatimeyi Zəhranın (s) mövludu, həmçinin İslami Qadınlar günü münasibətilə möhtəşəm mərasimi keçirildi.

Mərasimin əvvəlində Müqəddəs kəlamın ayələri oxundu və ardında Əhli-beyt (ə) məddahları Həzrət Fatimənin (s.ə) şəninə ifalar səsləndidilər.

Tahirə ehsanını tərənnüm edərək ananın əzəmətli məqamına ehtiram etdilər. Sonra İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Dr. Purmarcan iştirakçıları salamlayaraq, bu əzəmətli gün münasibətilə onları təbrik etdi. O, iki dünya xanımı Həzrət Zəhranın (s) fəzilət və dəyəri haqda söhbət açaraq, dedi: “İran İslam Respublikasının rəsmi təqvimində bu gün həm Qadınlar günü, həm də Analar günü kimi qeyd olunur. Bu isə Həzrət Zəhranın (s) mənəvi timsalında təcəlli edən sevimli qadın və analarımızın məqamına verilən misilsiz dəyər, hörmət və minnətdarlıq əlamətidir.”

O, İslam İnqilabının Rəhbəri İmam Xomeyninin (r.ə) “Kişi qadının (ananın) ağuşından meraca yüksələr” tərbiyəvi kəlamına işarə edərək, Həzrət Zəhranın (s.ə) öz ali mənəvi və elmi xüsusiyyətləri ilə Allah dərgahında uca məqama sahib olmasını qeyd edərək, onun nümunəvi ana, qız və həyat yoldaşı olmasına diqqət çəkdi.  O, dedi: “Həzrət Peyğəmbər (s) tərəfinfən “Ümmü Əbiha” – “Atasının anası” adlandırılan və bu ləqəblə tanınan Allah Rəsulunun (s) qızı dəyərli atasının (s) düşüncə və mənəvi dəyərələrini özündə canlandırdığı üçün bu əzəmətə sahib olmuşdur.”

 Cənab Dr. Purmərcan  qadınların cəmiyyətindəki rolunu əsas və vacib hesab edib və İran qadınlarının beynəlxalq arenada mədəniyyət, elm və texnologiyanın inkişafındakı nailiyyətlərinə işarə edərək, bunu İslam ümməti üçün misilsiz şərəf və iftixar adlandıraraq dedi: "Bu iftixarlar təkcə İran xalqının qürur mənbəyi deyil, bütün İslam dünyasının qadınlarını qüruruna səbəb olmuşdur".

  O, daha sonra dedi: “Bəşər cəmiyyətinin qurulmasında və onun tərəqqisində qadınların rolu bənzərsiz və əvəzolunmazdır. Bu baxımdan, ən gözəl nümunə peyğəmbərlik məktəbində formalaşmış, Allah elçisinin (s) həyat və təlimlərini əsas götürmüş Həzrət Zəhranın (s) mənəvi xüsusiyyətidir.

Mərasimə iştirak edən və xüsusi qonaq qismində dəvət olunmuş İslam elmləri tədqiqatçısı xanım Şəhla Qəhrəman öz çıxışında Allah Rəsulunun (s) sevimli qızının dini mənbələrimizdə qeyd olunan və hər kəsə ülgü göstərilən ali xüsusiyyətlərindən, geniş dünyagörüşündən və o Həzrətin timsalınsda həyatda qadının rolundan bəhs edərək, dedi: “Həzrət Fatimeyi-Zəhranın (s) mənəvi səciyyələri dünya qadınları üçün tam və mükəmməl bir nümunədir və bu xanımın mənəvi həyat yolu misilsiz bir nümunədir ki, hər bir xanımın əməli proqramında əsas rol oynamalıdır.”

Mövlud məclisində məşhur Əhli-Beyt (ə) şairi Seyid Nurəddin Darafrinin iştirakı, mərasimə xüsusi hərarət bəxş etdi. Dəyərli şairin Həzrət Fatimənin (s.) xatirəsinə oxuduğu iki qəsidə iştirakçılar tərəfindən yüksək rəğbət və alqışla qarşılandı.

Davamında İslam RespublikasınınAzərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri cənab Dr. Purmarcan və fəxri qonaqların iştirakı ilə Xanım Fatimənin (s) mövludu münasibətilə təşkil edilmiş mədəni-maarif müsabiqəsinin qalibləri arasında püşkatma mərasimi keçirildi. Qaliblərə mükafatlar təqdim edildi.

Həmçinin adları Fatimə, Zəhra olan kiçik yaşlı qız övladlarına da müxtəlif hədiyyələr təqdim edildi. Məclisdə iştrak edən xanımlara gül dəstələrinin təqdim olunması isə özünə məxsus mənəvi aura yaratdı.

Mərasiminin davamında, tanınmış Əhli-beyt (ə) məddahları, o cümlədən; Aydın Rza, Oktay Qubalı və Vilayət qrupu Həzrət Zəhra (s) şanında mədhiyyələr söylədi və ifalar səsləndiriblər. Bu möhtəşəm mərasim Fərəc duasının oxunması ilə başa çatdı.

baku Azerbaijan

baku Azerbaijan

Şəkillər

Öz rəyinizi yazın.

:

:

:

: