Kaşan xalçası

Kaşan xalçası

Kaşan xalçası

Kaşan xalçaçılıq sənəti İranda xalçaçılıq sənətlərindən biridir. Nəfis xalçaların mərkəzi olan Kaşanda demək olar ki, hər üç nəfərdən biri xalçaçılıqla məşğul olur, xalçaçıların üçdə ikisindən çoxunu qadınlar təşkil edir. Xalçanın toxunma prosesi çiçəklər, yarpaqlar, budaqlar, heyvanlar və tarix səhnələri kimi motivlər daxil olmaqla bir sıra qeydə alınmış üslublar vasitəsilə təsvir edilən dizaynla başlayır. Toxucu dəzgahındakı arğac pambıqdan və ya ipəkdən hazırlanır. Asimmetrik düyün də adlandırılan fars toxuculuq üslubu Kaşanda nümunəvi zərifliklə tətbiq olunur ki, xalçanın arxa hissəsi incə və bərabər düyünlənir. Kaşan xalça rəngləri müxtəlif təbii rənglərdən, o cümlədən runas, qoz, nar qabığı və üzüm yarpaqlarından hazırlanır. Kaşan xalçaçılığının ənənəvi bacarıqları ana və nənələrin rəhbərliyi altında şagirdlik yolu ilə qızlara ötürülür. Şagirdlik həm də kişilərin dizayn, rəngləmə, dəzgah hazırlamaq və alət hazırlamaq bacarıqlarını öyrənməsi üçün bir vasitədir. Bu sənət növü 2010 cu ildə Kenyanın Nayrobi şəhərində YUNESKO iclasında dünya qeyri maddi irs siyahısına salınmışdır.

Ad Kaşan xalçası
Ölkə İran

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: