Dulusçuluq

Dulusçuluq

Dulusçuluq

Əllə və ya ayaqla hərəkət etdirilən çarxın üzərində gil, yaxud saxsı qabların düzəldilməsi sənətinə dulusçuluq deyilir. Saxsı qabların düzəldilməsi üçün istifadə olunan ən uyğun torpaq Rəs torpağıdır. Bu torpaqda dəmir oksidin mövcud olması səbəbindən o, bir qayda olaraq, qəhvəyi rəngə yaxın qırmızı rəngdə olur.

İranda dulusçuluğu ənənəvi əl işlərinin qollarından biri kimi qəbul edirlər ki, hər bir tarixi dövrdə müxtəlif dəyişiklikləri təcrübədən keçirmişdir. Saxsı qabların düzəldilməsi tarixi dəqiq məlum deyildir. Dövrün tədqiqatçıları bu qədim sənətin yaranmasını miladdan əvvəl beşinci, səkkizinci minilliklərə aid edirlər. İranda Bəlucistan, Kürdistan və Gilan bu sənətin meydana gəldiyi əsas məntəqələr hesab olunur.

Bundan əlavə, İran yaylalarında naxışlanmış saxsı qabların kəşf edilməsinə və həmçinin Şuşda ən qədim dulusçuluq çarxının və saxsı qabların bişirilməsi üçün kürənin kəşfinə diqqət yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, iranlılar digər millətlərlə müqayisədə qeyd olunan sənətdə daha çox inkişaf etmişlər. Və hətta onların bu sənətdə ixtiraçı olmalarına dair fikir də açıq-aydındır. Əhəmənilər sülaləsinin meydana gəlməsi ilə bu məntəqədə dulusçuluq sahəsində dərin dəyişikliklər baş vermişdir. O cümlədən bu dövrdə daha çox sevilən qablar “reyton” adlanır. Reytonlar elə qablar idi ki, heyvanlar şəklində düzəldilirdi.

Əşkanilər dövründə dulusçuluq sənəti iranlılara xas olan bir sənət kimi inkişaf etməyə başladı. Bəziləri belə bir fikrin doğruluğuna da əmindirlər ki, bu sənət İran vasitəsilə çinlilərə və digər millətlərə gedib çıxmışdır. “Pəhləvan Anahita” məbədində həyata keçirilmiş araşdırmalardan belə bir nəticəyə gəlmək mümkündür ki, həmin dövrdə saxsı kasa və kuzələrdən istifadə edilmişdir. Bu dövrün saxsı qabları qırmızı, xaki, yaşıl və ağ rəngli minalara malik olmuşdur.

Sasanilər dövründə dulusçuluq sənəti kasa, kuzə, heyvan heykəllərindən və güldanlardan ibarət olmuşdur. Bu qablar qabarıq həndəsi və bitki motivləri ilə, bəzən də qədim Pəhləvi xəttatlığının nümunələri ilə bəzədilmişdir. İslam incəsənətinə Sasanilər dövrünün böyük təsiri olmuşdur və Sasanilər dövrünün təsvirləri qanadlı canlılar, əfsanəvi quşlar və qartallardan ibarət idi. Bu gün Sasanilər dövrünə xas olan xeyli sayda saxsı qablar Qədim İran Muzeyində qorunub saxlanılır. Səlcuqlar dövrünü Çin dulusçuluq sənətinin İranın saxsı məmulatlarına təsiri baxımından qızıl əsr kimi qəbul etmək olar. Səfəvilər dövründə də Şah Abbas İranda saxsı qabların istehsal edilməsi üçün Çinin dulusçu sənətkarlarını dəvət etmişdir. İranın dulusçuluqla məşğul olan ən mühüm məntəqələrindən Sistan və Bəlucistan vilayətinin Qolpurqan kəndini qeyd etmək olar və burada da həmçinin 3 min ilə yaxındır ki, insanlar saxsı qabların düzəldilməsi ilə məşğul olmuşlar. Digər mühüm məntəqələrdən isə Həmədanın Lalcin və Şəhrza kəndlərini qeyd etmək mümkündür.

:

:

:

: