Şiraz kələm plovu
Fars vilayəti qədim sivilizasiyaya , qeyri-adi və nadir qədim abidələrə malikdir. Bu vilayətin paytaxtı Şirazdır. Bu şəhərdə bu bölgənin insanlarının mədəniyyətinə, adət-ənənələrinə və həyat tərzinə uyğun gələn ənənəvi, yerli və doyumlu yeməklər var.Kələm plovu İranın əksər şəhərlərində ənənəvi İran yeməklərindən biri kimi bişirilir, lakin Şirazi kələm plovu digər şəhərlərdəm tamamilə fərqli olan ən ləzzətli və məşhur Şirazi yeməyidir və tərkibindəki tərəvəzlər ona çoxlu qida dəyəri verib. Kələm plovu Şirazın doğma yeməyidir və onun hazırlanması çox vaxt tələb edir. Onu hazırlamaq üçün düyü, kələm, tərəvəzlər (tərxun, şüyüd, reyhan və kəvər), qiymə və noxud unundan istifadə edilir. Bu xörəyi adətən plovun arasına xırda küftə (noxud unu və soğanla qarışdırılmış qiymə, xırda-xırda küftələrdə qızardılır) və bişmiş kələm tikələri qoyularaq bişirilir. Adətən bu orijinal və dadlı yeməklə qatıq və tərəvəz yeyilir.
Ad | Şiraz kələm plovu |
Ölkə | İran |