Qum vilayəti
Qum vilayəti ölkənin mərkəzində yerləşir. Qum vilayəti 1995-ci ildə dövlətin verdiyi qərara əsasən Tehran vilayətindən ayrılmışdır. Əsas yaşayış məntəqələri: Cəfəriyyə, Kohək, Qənəvat, Sələfçeqan və Dəstcerd.
Qum şəhəri
Qum şəhəri Tehranın 140 km cənubunda yerləşir. Şəhərin əsas memarlıq və tarixi abidələri aşağıdakılardır: İmam Musa Kazımın (ə) qızı Həzrət Məsumənin tarixi hərəmi, Cəmkəran məscidi, İmam Həsən məscidi, Babul-hunnə məscidi, Rəfət məscidi, elmi-dini hövzələr.
Həzrət Fatimeyi-Məsumə ziyarətgahı
Həzrət Fatimeyi-Məsumə (ə) İmam Musa Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısıdır. O, 173-cü hicri qəməri ilində Mədinədə doğulmuşdur. 201-ci hicri-qəməri ilində yəni imam Rizanın (ə) Mərvə sürgün edildiyindən bir il sonra Həzrət Fatimeyi-Məsumə (ə) öz qardaşları ilə birlikdə imamı və qardaşı imam Rizanı (ə) görmək və beyətini təzələmək üçün yola düşdü. Savə şəhərinə çatanda (Qum şəhərinin yaxınlığında yerləşir) bir dəstə Əhli-beyt düşməni və Abbasi hökumətinin məmurları xanımın tərəfdarlarına hücum etdilər. O Həzrətin karvanından 23 nəfər şəhid oldu. Bəzi tədqiqatçıların nəzərinə əsasən həzrət Məsumə (ə) da bir əhli-beyt düşməninin əli ilə zəhərləndi. Ətrafdakıların şəhadəti, xanımın özünün zəhərlənməsi Quma dönməsinə səbəb oldu. Xanım buyurdu: "Məni Qum şəhərinə aparın, çünki atamın belə buyurduğunu eşitdim: Qum şəhəri bizim tərəfdarlarımızın mərkəzidir." Beləliklə, karvan Quma tərəf hərəkət etdi. Xanım on yeddi gün Qumda qaldıqdan sonra 201-ci hicri-qəməri ili, iyirmi səkkiz yaşında vəfat etdi və onu həmin şəhərdə dəfn etdilər. Dəfndən sonra Musa ibn əl-Xəzrəc qəbrin üzərində həsirdən bir kölgəlik düzəltdi. O kölgəlik imam Cavadın (ə) qızı həzrət Zeynəb (ə) qəbrin üzərində kərpicdən bir türbə düzəldənə qədər dururdu. Beləliklə də, o böyük islam banisinin pak türbəsi əhli-beyt aşiqlərinin qəlbinin qibləsinə çevrildi və vilayət vurğunlarının şəfa evinə döndü.
Həzrəti Məsumə (s) ziyarətgahı
Həzrət Məsumə ziyarətgahının memarlığı hicri ikinci yüz illiyə aiddir. Tarixi kitablara əsasən bu bina hicri beşinci əsrə qədər yaxşı qalmışdır və hicri 429-465 ildə Toğrul Səlcuqun yaxınlarından olan Əmir Əbülfəz Əraqi tərəfindən yenidən tikildi. Qacarlar dövründə Fətəli şah Quma və müqəddəs ziyarətgaha xüsusi diqqət edirdi. İndiki bəzəklər, tikililər və evlərin çoxu o dövrə aiddir. İmam Rzanın (ə) bacısı həzrəti Məsumə (s) hicri 210 cu ildə qardaşını görmək üçün Xorasana yola düşmüşdür. Yolda Savədə Quma gedərkən xəstələnərək Qum şəhərində dünyadan köçmüşdür. O Bablan bağı adlanan yerdə dəfn olunmuşdur. Onun üzərində kərpicdən məqbərə inşa etmişlər. Səlcuqlardan Əmir Əbülfəzl Əraqi buranı uçuraraq yerində yeni məqbərə və günbəz inşa etdirmişdir. Bu günbəz 14 metr hündürlükdə olmuş və kaşı ilə bəzədilmişdi.
Cəmkəran məscidi
Bu məscid Qum şəhərinin 7 kilometr cənub şərqində qədim Cəmkəran kəndinin yaxınlığında inşa edilmişdir. Məscidin ilkin binası rəvayətlərə əsasən hicrətin ilk əsrlərinə aiddir. Bura son əsrlərdə daha çox diqqət mrkəzində olmuşdur. Bunun səbəbi rəvayətə əsasən İmam Zamanın (ə.c) hicri 393 Ramazan ayında burada görünmsidir. Hal hazırda Cəmkəran məscidi geniş binalar məcmuəsidir və 1100 metr əraziyə malikdir. Təmirlər üzündən qədim məsciddən hicri 1167 tarixinə aid daş kitabədən başqa bir şey qalmamışdır.
Yaşıl günbəz
Kiçik yaşıl günbə bağı Qum şəhərinin şərqində yerləşir və onun daxilində üç tarixi günbəz hicri 8 ci əsrdən qalmışdır. Bura Kaşan darvazası adı ilə məşhurdur və bu günbəzlər də kasan günbəzləri adı ilə məşhurdular. Kitabələrə əsasən burada əli Səfi xanədanının əmirlərinin dəfn olduğu yerdir və onlar hicri 8 ci əsrdə hakim olmuşlar. Üçüncü günbəzin kitabəsi təəssüflər olsun ki bu günə qalmamışdır. Bu üç günbəz şimaldan cənuba Xacə Əsiləddin və Səfi xandanından iki əmirin dəfn olunduğu yer və sonra Səfi xandanından üç əmirin dəfn olunduğu yer ki hicri 792 ci ilə aiddir və şimal məqbərə də kitabəsinin olmamasına rəğmən ehtimal olunur ki hicri 8 ci əsrə aiddir.
Ad | Qum vilayəti |
Ölkə | İran |
Növ | 2 |