Zorxana idmanı

Zorxana idmanı

Zorxana idmanı

Zorxana dini İslam ünsürləri, irfani və qədim İran inanclarının birləşməsindən ibarət olan İran döyüş sənətidir. Ondan iyirmi nəfərə qədər kişinin yerinə yetirdiyi gimnastika hərəkətlərinin ritualistik dəstini təsvir edir, istifadə edilən alətlərin hər biri qədim silahları simvollaşdırır. Bu ayin çuxur adlanan səkkizguşəli arenası və tamaşaçılar üçün fırlanan kürsüləri olan günbəz formalı konstruksiyaya malik zorxanada keçirilir. Pəhləvanlıq ayininə rəhbərlik edən Mürşid dastan və irfani şeirləri ifa edir. Oxuduğu şeirlər əxlaqi və ictimai təlimləri çatdırır və Zorxana ədəbiyyatının bir hissəsini təşkil edir. Pəhləvanlıq ritualının iştirakçıları istənilən sosial və dini təbəqədən ola bilər və hər bir qrupun yerli icması ilə möhkəm əlaqələri var və ehtiyacı olanlara kömək etməyə çalışır. Bir ağsaqqalın nəzarəti altında insanlara əxlaq və cəngavərlik öyrədilir. Fərdi bacarıq və sənətlərə yiyələnən, dini prinsiplərə riayət edən, etik və irfan mərhələlərdən keçərək cəmiyyətdə məqam və nüfuza dəlalət edən Pəhləvan məqamına çata bilər. Bu idman növü 2010 cu ildə nayrobidə YUNESKO tərəfindən dünya qeyri maddi irs siyahısına salınmışdır.

Ad Zorxana idmanı
Ölkə İran

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: