“Ehrami” parçaları (Xuzistan)
“Ehrami” parçaları İranın ənənəvi parça toxuma sahələrindən biri olub, Xuzistan vilayətinə məxsus olan yerli sənətdir. Bu toxuma mallar (parçalar) sadə həndəsi naxışlarla yun və pambıq liflərdən bir toxumadır ki, əllə işləyən toxuculuq dəzgahı vasitəsilə toxunur. Keçmişdə heç bir naxışı olmayan bu kimi parçaları həcc ayinlərinin icrası zamanı ehram geymək məqsədi ilə istifadə edirdilər, amma indi ehram parçaları müxtəlif ölçülərdə, məsələn, səccadə, çanta, taxt örtüyü, fərş örtüyü, ayaqaltı və s. kimi bənzər toxuculuq malları şəklində olur.
Yəzd vilayətində “hərəmi” adlı və İlam vilayətində isə “ehram” adlı toxuculuq məhsulları toxunur ki, bu toxuma mallar xammalı, ölçüləri, naxışları və rənglənməsi nöqteyi-nəzərindən Xuzistan vilayətinin “ehrami” parçalarından fərqlidir. “Ehrami” parçalarının toxunmasında naxışlardan istifadə olunmur, dizaynlar, naxışlar və rənglənmə toxucunun beyninin məhsulu olur və əksər hallarda ümumi bir formaya riayət edilir. Bu cür əl toxumasının toxunma mahiyyətinə görə spiralvari və əyri naxışların çəkilməsi qəbul edilmir və icra olunan naxışlar isə həndəsi və simmetrik naxışlardır. Xuzistanda ən çox yayılmış “ehrami” dizaynlar isə aşağıdakılardan ibarətdir: rombşəkilli dizayn, şam dizaynı, romb içində romb dizaynı, sadə zolaqlı dizayn, kərpic dizaynı, kəpənək dizaynı, gəlincik dizaynı və iki balıq öpüşü dizaynı.
Əllə toxunan “ehrami” parçaların naxışları bir növ bir neçə minillik keçmişə malik olan Suz sivilizasiyasının dulusçuluq naxışlarının təqdimatıdır. “Ehrami” parçalarda işlədilən rənglər qırmızı, sarı, mavi, yaşıl və ağ kimi şadlıq gətirən, parlaq və aydın rənglərdir. Hazırda Xuzistanın əksər “ehrami” parçaları 70x110 və 150x100 ölçülərində toxunulur. “Ehrami” parçaları toxuyan ənənəvi dəzgah ikivərdənəli dəzgahdır. “Ehrami” parçaları toxuyan dəzgah sabit şəkildə müəssisədə saxlanılır və əriş sapları üfüqi vəziyyətdə onun üstündə yerləşdirirlər.
Digər ənənəvi toxuculuq dəzgahlarına oxşayan bu dəzgahın əksər hissələri də taxtadandır. O cümlədən bu ənənəvi toxuculuq sənətində istifadə olunan alətlər aşağıdakılardan ibarətdir: 1) Dəfə - daraq kimi elə bir alətdir ki, arğacların döyülməsi üçün istifadə olunur; 2) Lit - bataqlıq qamışından olan düzbucaqlı şəklində bir detaldır ki, iplikləri həmin bıçağın ortasından keçirirlər; 3) Masura – nazik və kiçik bir lülədir ki, arğac ipliyi onun üstünə sarınır; 4) Masura çarxı – iki böyük və kiçik çarxdan ibarətdir ki, kiçik və böyük çarxların firlanması ilə dəzgah da hərəkətə gəlir və sapı masuranın üstünə dolayır. Xuzistanın “ehrami” parçalarının toxunması sahəsində ən mühüm mərkəzlərdən Şuştər, Dezful, Bəhbahan, Susəngərd və Məscid Süleyman şəhərlərini qeyd etmək mümkündür.
Ad | “Ehrami” parçaları (Xuzistan) |
Ölkə | İran |