Miniatürçülük
İran nəqqaşlığı əksərən miniatür sənətini və kəlmələrini insanların zehninə həkk etdirir. Dehxodanın izahlı lüğətində bu barədə belə yazılmışdır: “Miniatür (fransız kəlməsidir) maksimim zərif və minimum incə xətlər çəkilmiş nəqqaşlıq növüdür. Şəbəkə işlərinin xüsusi yer aldığı nəqqaşlığın bu növü orta əsrlərdə kifayət qədər geniş yayılmışdı. Şərq ölkələrinə, xüsusilə də İrana xas olan və daha çox müsəlman tarixi ilə IX əsrə (miladi tarixi ilə XV əsr) aid olan nəqqaşlığın bu növündə mənzərə və möcüzələr elminin qaydalarına və elementlərin mütənasibliyinə əməl olunmur, həmçinin burada istifadə edilən rəng dekorativ aspekt kəsb edir və detallar spesifik və dəqiq şəbəkə işləri ilə verilir.” Bu sözün fars dilində işlədilməsini Qacarlar sülaləsi dövrünə aid edirlər.
İndi də Avropanın naturalizasiya üslubunun tərəfdarı olmayan və naxışların texnikası və icrasında ənənəvi nəqqaşlıq üslubuna malik olan iranlıların rəsm və təsvirlərinə miniatür deyirik. Nəqqaşlığın bu üslubunda miniatürçü sənətkar çalışır ki, öz amal və təsəvvürlərinin dünyasını təsvir etsin. Buna görə də onun əsərlərində Qərb ənənələrindən təsirlənmə və İran nəqqaşlığındakı təbiətə meyillilikdən savayı, başqa bir şey tapmaq mümkün deyildir. Fars ədəbiyyatında da sayları kifayət qədər olan və İran nəqqaşlığında bənzərləri ilə diqqəti cəlb edən həmin müxtəlif qəhrəmanlar və hadisələr keçmiş tarixdən və xalqın yaddaşının dərinliklərindən xəbər verir. Əslində, İran ədəbiyyatı və incəsənəti bir-biri ilə sıx şəkildə bağlıdır. Şair və rəssam eyni bir dillə əcdadlarından miras olaraq götürdükləri bu dünyanı bütün çalarları ilə vəsf edirlər.
Odur ki, məsələn, Nəxcirgah Pərdisin həmişə ən cəlbedici məkanı olmuşdur; Böyük pəhləvanlar hər bir zamanda Rüstəm kimi zahiri görkəmə malik olmuşlar; Gözəl sima həmişə bütöv bir aya bənzər. Həqiqətən də, İranın ən məşhur və ən dəyərli təsviri incəsənət nümunələrini əlyazma və istinad nüsxələrinin səhifələrində müşahidə etmək mümkündür. Uzun bir müddətdir ki, İranın miniatür sənəti kitab tərtibatı sahəsinə xidmət göstərməkdədir.
İranda müxtəlif hökumətlərin yaranması və güclənməsi ilə əlaqədar olaraq sənət emalatxanaları dövrün padşahlarının sifarişi əsasında yaranırdı ki, sonralar da Qərb tədqiqatçıları tərəfindən həmin dövrün paytaxtı və hökumətin adı nəzərə alınmaqla onlar təsnifatlaşdırıldı. Və onlar müxtəlif adlarla qeyd olundu ki, həmin adlandırma belədir: Abbasilərin Beynəlxalq Məktəbi (Bağdad), Səlcuqlar Məktəbi, Birinci Təbriz Məktəbi (Monqol), Birinci Şiraz Məktəbi, Cəlayeri Məktəbi, İkinci Şiraz Məktəbi, Herat Məktəbi, Buxara Məktəbi, İkinci Təbriz Məktəbi, Məşhəd Məktəbi, Qəzvin Məktəbi, İsfahan Məktəbi, Qacarların Rəssamlıq Məktəbi, Qəhvəxana Nəqqaşlığı. İranın həmin miniatür məktəblərində işlənib hazırlanmış kitablardan biri Firdovsinin “Şahnamə” əsəridir ki, dəfələrlə çap olunmuşdur və onlardan ən çox sevilənidir. Və indi tarixilik baxımından böyük şöhrət qazanmış həmin “Şahnamə”lərdən hər biri dünyanın müxtəlif muzeylərində qorunub saxlanılır.
Ən məşhur “Şahnamə”lər isə aşağıdakılardan ibarətdir: 1) Topqapısaray “Şahnamə”si, Səlcuqlar Məktəbi (Türkiyədə bir muzeyin adıdır); 2) Kama “Şahnamə”si, Səlcuqlar Məktəbi (Rusiyanın Kama Şərqşünaslıq İnstitutunda mühafizə olunur); 3) “Şahname”yi-Dəmut (Əbu Səidi), Birinci Təbriz Məktəbi; 4) “Şahname”yi Qivaməddin Həsən Vəzir, Birinci Şiraz Məktəbi; 5) İbrahim Sultan “Şahnamə”si, İkinci Şiraz Məktəbi (Qorunub saxlanma yeri: Oksford Universitetinin Bodleian Kitabxanası); 6) Firdovsinin “Şahnamə”si, Herat Məktəbi (Qorunub saxlanma yeri: Gülüstan Muzeyi); 7) Məhəmməd Cuki “Şahnamə”si, Herat Məktəbi; 8) Təhmasibin “Şahnamə”si, İkinci Təbriz Məktəbi (Bu nüsxə parça-parça olduğundan dünyanın müxtəlif yerlərində və həmin vərəqlərin bir hissəsi isə Nyu Yorkun Metropoliten Muzeyində saxlanılır.)
Ad | Miniatürçülük |
Ölkə | İran |