Bədii tikmə (Hürmüzgan)
Hürmüzganın əl sənəti işləri daha çox yerli istifadə üçün nəzərdə tutulmuşdur və bədii tikmə bu məntəqədə naxışlı tikmənin növlərindən biridir. Bu sənət incə toxunmuş krujevalı parçalar üzərində zərif bədii zolaqların və ya qızılı, yaxud gümüşü zərif metal sapların tikilməsidir. Bunlar elə parçalardır ki, onları saymaq olar və həndəsi, ziqzaqlı, dördbucaqlı və buğdayı dizaynlara malikdir.
Krujevalı parçalardan əlavə, bu sənət məxmər parçaların üzərində də həyata keçirilir ki, bu zaman məxmər parça ilə işləyərkən xüsusi iynədən, yəni “şanel” iynəsindən (baş hissəsi enli) istifadə olunur. Bu sənətin yaranma tarixçəsi bizə məlum deyil, amma bizə aydın olan odur ki, həmin sənət Səfəvilər dövründə Bəndər Abbasda və Bəlucistanda çox geniş şəkildə yayılmışdı. Səfəvilər dövründən sonra bu tikmə üsulu daha da sürətlə inkişaf etmiş və sözügedən sənət özünü ən gözəl şəkildə göstərməyə başlamışdır. Bu sənətdən daha çox krujevalı pərdələrin, krujevalı baş örtüklərinin, krujevalı çadraların (bir qayda olaraq, qara və ya tünd), gəlin paltarlarının, şalların, Quran kitablarının cildinin, şalvarların, papaqların, köynəklərin, qadın jiletlərinin, yataq örtüyünün, yastıq üzünün hazırlanmasında və onlara bəzək vurulmasında istifadə edilir.
Bədii tikmədə diqqəti daha çox çəkən naxışlar altıguşəli, səkkizguşəli və on iki guşəli ulduz naxışlarıdır və bunlardan əlavə, digər geniş yayılmış naxışlardan isə doqquz kərpic naxışını, bal arısı pətəyi, altı qəlb, kərpic içində kərpic, kiçik ulduz, əncir yarpağı naxışı, boş qəlb, təktikmə, naxışlı tikmə, sırqa, gül naxışı, dördguşəli ulduz, qıvrım çiçəklər, xərçəng, kəkilli quş, əqrəb, kəpənək, piyalə, tovuz quşu şəkli, qəlb naxışı, inəyin gözünün naxışı və başqalarını qeyd edə bilərik.
Bədii tikmədə istifadə olunan sapın növünə gəldikdə isə, o, qızılı və gümüşü saplardan ibarətdir. Bu cür tikmədə naxışların sadə olması nəzərə alınaraq eskizlərin hazırlanmasına və parça üzərində naxışların çəkilməsinə ehtiyac yoxdur. Əksinə, sənətkar öz səliqə və sahmanına arxalanaraq bədii tikmə işinə başlayır. Bu cür tikmədə parçanın üzü və arxa tərəfi, bir qayda olaraq, eyni qaydada olur və xüsusi parlaqlığa malik olur.
Bədii tikmədə istifadə olunan sapın növünə gəldikdə isə, o, qızılı və gümüşü saplardan ibarətdir ki, bu da bədii tikmə sapı kimi məşhurdur. Buna görə də həmin saplarla icra olunan tikməyə bədii tikmə deyilir. Tikmə zərif və təmiz şəkildə icra olunduqda parçanın önü və arxa tərəfi eyni cür olur və hər iki üzündə naxışlar diqqəti cəlb edir. Bu tikmənin sənətkarları bəzən bədii tikməni digər üstdən tikmə növləri ilə, o cümlədən güləbətin və pərəktikmə ilə uzlaşdıraraq bədii və fərqli bir əsəri yaratmış olurlar.
Ad | Bədii tikmə (Hürmüzgan) |
Ölkə | İran |