Minaçılıq

Minaçılıq

Minaçılıq

Minaçılıq elə bir sənət növüdür ki, ondan qablara və zərgərlik alətlərinə zinət vermək məqsədilə istifadə olunur. Professor Popun “İran incəsənətinə bir baxış” kitabında qeyd etdiyi kimi, minaçılıq parlaq və bişmiş rənglərə malik olan od və torpağın ən möhtəşəm incəsənətidir ki, onun tarixi miladdan 1500 il əvvələ gedib çıxır. Tədqiqatçıların bildirdiklərinə əsasən, bu sənət İranda meydana gəlmişdir və sonra isə dünyanın digər məntəqələrinə də yayılmışdır. İran məmləkətində aşkar edilmiş ən qədim əsərlərdən biri qızıldan hazırlanmış və mina ilə bəzədilmiş qolbaqdır ki, onun tarixi Əhəmənilər dövrünə gedib çıxır. Hazırda həmin əsər Londonun Viktoriya və Albert Muzeyində saxlanılır. Həmçinin Ermənistanda aşkar edilmiş və Sasanilər dövrünə məxsus olan boşqablardır ki, Nyu Yorkdakı Metropoliten Muzeyində və Berlin İslam İncəsənəti Muzeyində qorunub saxlanılır. Səlcuqlar dövrünü minaçılıq sənətinin ən yüksək mərhələsi hesab edirlər ki, həmin dövrdə işlənib hazırlanmış əsərlər həmsərhəd ölkələrə də ixrac olunurdu. O dövrə məxsus və bütün dünyada məşhur olan ən möhtəşəm əsərlərdən biri “Alp Arslanın sinisi” adlanır ki, həmin əsər gümüş üzərində minaçılığın bir nümunəsidir. Hazırda həmin əsər Boston İncəsənət Muzeyində saxlanılır. Həsən Kaşani bu əsəri yaradan sənətkardır ki, onun adı kufi xətti ilə sininin üstündə həkk olunmuşdur.

Sininin üstü elə bir metodla minalanmışdır ki, əvvəlcə onun nəzərdə tutulan strukturunu hazırlamışdır, halbuki bu gün, bir qayda olaraq, həmin struktur keyfiyyətli mis metalından hazırlanır. Onun üstündən də ağ mina qatı vuraraq bişməsi üçün kürəyə qoyur. Sonra onun üstündən ənənəvi rəsmləri çəkir və yenidən kürəyə yerləşdirir. Bu zaman həmin məhsul minalanmış olur. Mina büllur bir maddədir ki, onun əriyib metal nəsnənin üzərində yerləşməsi nəticəsində şəffaf bir forma alır və minalı kaşı meydana gəlir. Minaçılıq sənəti şəbəkə minası, nəqqaşlıq minası, həkkaklıq minası və hücrələmə minası üsulları ilə həyata keçirilir. Bugünkü ümumi minalama mina rəngində nəqqaşlığın bir növüdür. Minalama sənətindən tabloların, saatların, büllur bakalların, dekorativ trubkaların, boyunbağıların, mücrülərin, qabların, güldanların və zərgərlik məmulatlarının hazırlanmasında istifadə olunur. Minalı tablolar zərgərlik işləri, mozaikaçılq, miniatürlük və zərgərlik məmulatları kimi digər sənət növləri ilə sintez olunur. Odur ki, qapıların, çilçıraqların və müqəddəs məkanların üstündə də minakarlıqdan istifadə edilir. Minalı nümunələr fars və xətai naxışlarından, gül və quş naxışlarından, müxtəlif quş və heyvan naxışlarından ibarətdir. İsfahan İranın minakarlıq üzrə ən mühüm mərkəzidir.

Ad Minaçılıq
Ölkə İran

:

:

:

: