Məşhəd şöləsi

Məşhəd şöləsi

Məşhəd şöləsi

Xorasan Rəzəvi vilayəti şiələrin səkkizinci imamının hərəminin mövcudluğuna görə İranın ən mühüm dini əyalətlərindən biridir. Bu vilayətin bütün sahələrdə, o cümlədən yeməklərində öz əksini tapmışdır. İranın bu bölgəsinin əhalisi mərasimlərin növünə uyğun ənənəvi yeməklər bişirirlər ki, onların hər birinin özünəməxsus dadı və qoxusu var. Şölə Məşhədin ən çox yayılmış və ləzzətli ənənəvi yeməklərindən biridir, və tarixi Qacarlar dövrünə gedib çıxır. Bu yemək məşhədlilərin dini mərasimlərdə, Məhərrəm və Səfər ayının axırında, matəm və şadlıqda nəzir kimi istifadə etdikləri, hər hansı mərasimdə bir az ənənəvi rəng və qoxuya sahib olmaq istədikləri şorba növüdür. Bu yemək çoxlu pərəstişkarı olan və tam yemək kimi istifadə edilə bilən kamil bir yeməkdir.

Bu yemək adətən bir qədər acı, qatı, elastik və görünüşcə yumşaq yeməyə bənzəyir, bu yeməkdə sümüksüz mal və qoyun əti, qoyun yağı (quyruğu), soğan, buğda yarması, düyü, ağ lobya, maş lobya və noxud, bir çox ədviyyatlar: muskat tozu, zəncəfil tozu və hil tozu, qara bibər və duz istifadə olunur, lakin həlimdə yalnız buğda istifadə olunur. Bu yeməyi bişirmək bahalı və zəhmətlidir və onu bişirmək üçün uzun müddət tələb olunduğundan məşhədlilər bu yeməyi nadir hallarda evlərində və gündəlik yemək kimi bişirirlər. Xorasanın digər şəhərlərində bu ənənəvi və yerli yeməklər müəyyən fərqlərlə hazırlanaraq bişirilir. İlkin halda çəkdikdən sonra, adətən, üzərinə “qiymə” töküb Səngək çörəyi, pendir və tərəvəzlə yeyirlər.

Ad Məşhəd şöləsi
Ölkə İran

:

:

:

: