Böyük Neyriz Kəbir Məscidi İslamdan əvvəlki arxitekturaya malik məsciddir
Böyük Neyriz Kəbir Məscidi İslamdan əvvəlki arxitekturaya malik məsciddir
İslamın İrana gəlişindən və iranlıların İslamı qəbul etməsindən sonra, atəş məbədlərinin çoxu fəaliyyətini dayandırdı. Həmin atəş məbədlərinin bəziləri dağıdılmış və onların üzərində məscidlər tikilmişdir. Bəzi ekspertlərin fikrincə, İranın ən qədim məscidlərindən biri olan Neyriz Kəbir Came məscidi də eyni üsulla və köhnə atəş məbədinin qalıqları üzərində tikilib.
Neyriz Kəbir məscidinin tarixi
Hicri IV əsrin birinci yarısından (miladi X əsr) qalan mənbələrdə Neyrizdə came məscidinin mövcudluğundan bəhs edilir. Fransız memar və arxeoloq Andre Qodarın yazdığı “İran Artefaktları” kitabında dərc olunmuş araşdırmaya görə, böyük məscidin memarlığı Sasanilər dövrü tikililərinin memarlığına bənzəyir və o, hələ də qədimdən qalmış tikili hesab edilə bilər. Əsrlər ərzində məscid dəfələrlə bərpa edilmiş və ona arxitektur əlavələr edilmişdir. Məscidin ən mühüm bərpası Əzdüd-Dövlə Deyləmi (miladi 949-983-cü illərdə hökmranlıq etmişdir), o cümlədən, Səlcuqlular (miladi 1034-1194), Xarəzmşahlar (miladi 1077-1231) və Səfəvilər (1506-1501-ci illər) dövründə aparılmışdır.
Neyriz Kəbir Məscidinin Memarlığı
Bu məscid İranın ən qədim tək eyvanlı məscididir. Məscid tikintisinin bu forması Sasanilər dövrünün (224-651-ci illər) əsərlərinin birbaşa təqlididir. Məscidin əsas hissəsini uzunluğu 18 metr, eni 7,5 metr olan eyvan təşkil edir. Bu eyvan mehrabın yerləşdiyi arxa divara qədər uzanır və həmin ərazidəki son hissədir. Eyvanın qarşısında dördbucaqlı həyət var. Məscidin şimal eyvanı sonrakı illərdə əlavə edilib. Mütəxəssislərin fikrincə, binanın şimalı minarəsi, məscidin tikintisinin ilkin dövrünə aiddir. Hazırda binada əsas eyvanla yanaşı, şimal eyvanı da görünür. Bu eyvan hicri 363, 460 və ya 560 (miladi 973, 1067 və ya 1164-cü illər) illərində aparılan təmir işlərindən birində binaya əlavə edilmişdir.
Məscidin tağının tikintisi IV əsrin ortalarına təsadüf edir. Bu tağın konstruksiya forması davamlıdır. Onun tikintisində kərpic və kirəmitdən istifadə olunub. Binanın bəzi yerlərində suvaqdan istifadə edilən bəzəklərə rast gəlmək mümkündür. Cənub eyvanının bəzəkləri daha müxtəlif və dolğundur.
Məsciddəki yazıya görə, məscidin mehrabı miladi 973-cü ildə tamamlanıb. Mütəxəssislərin fikrincə, məscid bu tarixdən əvvələ aiddir. Bu mehrabın görkəmli suvaqları çox gözəl və bənzərsizdir. Bu suvaqlarda həndəsi naxışlar, çiçəklər, bitkilər və Qurani-Kərimdən ayələr istifadə edilib.
Neyriz Kəbir Məscidinin Kitabələri
Məsciddə ümumilikdə dörd kitabə var:
1. Məscidin Mirzə Nizam adlı şəxs tərəfindən bərpası haqqında, Birinci Səfəvi Şah Süleyman (1666-cı ildən 1694-cü ilə qədər hakimiyyətdə olub) dövrünə aid kitabə
2. Hicri 1259-cu (miladi 1843) ilə aid Zeyn əl-Abidin Xan Neyrizinin dövründə yazılmış, vergilər və saray gəlirləri haqqında məlumatların yer aldığı kitabə
3. Hicri 1300 (miladi 1882) ilinə aid olan və Nasirəddin şahın dövründə binanın bərpasına dair mətni özündə əks etdirən kitabə
4. Hicri-qəməri 947-ci (miladi 1540) ildə hakimiyyətdə olan Şah Təhmasib Səfəvi dövrünə aid kitabədə 12 şiə imamının adları həkk olunub.
Neyriz Kəbir Came Məscidi Harada Yerləşir?
Bu məscid Fars əyalətinin Neyriz şəhərində yerləşir. Bu şəhərlə Şiraz arasındakı məsafə təxminən 200 km-dir.
Neyriz Kəbir Məscidinin Milli Əsər kimi Qeydiyyatı
Bu məscidin adı miladi 1933-cü ildə (hicri-şəmsi 1312) İranın milli əsərləri siyahısına daxil edilmişdir.
Ad | Böyük Neyriz Kəbir Məscidi İslamdan əvvəlki arxitekturaya malik məsciddir |
Ölkə | İran |
Vilayət | Fars |
Şəhər | Neyriz |
Növ | Tarixi,Məzhəbi |
Registration | Milli |