Abadedə ağac üzərində oyma sənəti (Dünyanın bu sənət üzrə mərkəzi)

Abadedə ağac üzərində oyma sənəti (Dünyanın bu sənət üzrə mərkəzi)

Abadedə ağac üzərində oyma sənəti (Dünyanın bu sənət üzrə mərkəzi)

Abade İranın Fars vilayətinin şəhərlərindən biridir ki, bu şəhər ta qədimdən ağac üzərində oyma sənətkarları və ağac üzərində oyma əsərlərinin vasitəsi ilə şöhrət qazanmışdır. H.ş. tarixi ilə 1397-ci ilin tir ayında (m. tarixi ilə 2019-cu ilin iyulunda) Ümumdünya Əl İşləri Şurasının nümayəndələri Abade şəhərindəki ağac üzərində oyma müəssisələrinə baxış keçirdilər və bu şəhər ağac üzərində oyma sənəti üzrə dünyanın mərkəzi kimi qeydiyyata alındı. Bu məntəqəni görməyə gələn səyyahların kitablarında da Abade şəhərinin ağac üzrə oyma sənətindən bəhs olunmuşdur. Bəziləri bu məntəqədə həmin sənətin 700 illik bir keçmişə malik olduğunu bildirirlər.

Abadenin şərbət içmək üçün nəzərdə tutulan taxta qaşıqları da bu məntəqənin ta qədimdən bu günədək ən məşhur və ən zərif əl işlərindən biri olmuşdur. Taxta konstruksiyaların əksər kolleksiyaçıları Abadenin ağac üzərində oyma sənəti nümunəsi olan həmin qaşıqlardan heç olmasa birini öz kolleksiyalarına daxil etmişlər. Ağac üzərində oyma sənəti İranda iki üslubda - ənənəvi və Avropa üslublarında yerinə yetirilir ki, Abade şəhəri ağac üzərində oyma məhsullarının hazırlanmasında ənənəvi üsluba istinad edir. Ənənəvi üslubda ağac üzərində oyma işləri çox zərif şəkildə və iskənə vasitəsilə yerinə yetirilir. Bu məntəqənin adamları onları, yəni iskənələri bərk poladdan, həm də öz istədikləri ölçülərdə və müxtəlif formalarda düzəldirlər. Ənənəvi ağac üzərində oymanın eskizləri daha çox nəbati ornamentlərdən ibarətdir. Bu sənətin kökündə də gül və bitki naxışları vardır.

Ağac üzərində oyma sənəti Abade məntəqəsində yaşayan insanların həyatı və mədəniyyəti ilə çulğalaşmışdır. Ona görə ki, bu sənət bütün tarixboyu atalardan övladlara bir miras kimi ötürülmüş və öyrədilmişdir. Əlbəttə, hazırda həmin məntəqənin qadınları da ağac üzərində oyma sənəti sahəsində fəaliyyət göstərirlər. İndi 150-dən artıq müəssisədə həm kişilər, həm də qadınlar olmaqla beş min nəfər ağac üzərində oyma sənətkarı ağacdan müxtəlif konstruksiyaların düzəldilməsi ilə məşğuldur.

Abade şəhərində ağac üzərində oyma ustadlarından ən məşhuru mərhum Əhməd İmami olmuşdur. H.ş. tarixi ilə 1311-ci ildə (m. tarixi ilə 1933-cü il) Rza şahın göstərişi ilə milli sənətlərin mərkəzləşdirilməsi məqsədilə Qədim Sənaye Sahələri Mədrəsəsi yaradıldı. Ağac üzərində oyma müəssisəsinin işə salınması və bu sənətin şagirdlərə öyrədilməsi üçün ustad Əhməd İmami Tehrana dəvət olundu. Mərhum Əhməd İmami öz övladı Əli İmami ilə birgə Tehrana gəldi və ağac üzərində oyma müəssisəsi bu ustadın səyi ilə fəaliyyətə başladı. Ustad Əhməd İmaminin h.ş. tarixi ilə 1319-cu ildə (m. tarixi ilə 1941-ci il) vəfat etməsindən sonra onun övladı Əli İmami ağac üzərində oyma müəssisəsinin rəhbərliyinə seçildi. Həmin müəssisə bu günədək öz fəaliyyətini davam etdirir.                                        

Ad Abadedə ağac üzərində oyma sənəti (Dünyanın bu sənət üzrə mərkəzi)
Ölkə İran

:

:

:

: