Toxunma duzluq (Çəhar Məhal və Bəxtiyari)
Çəhar Məhal və Bəxtiyari vilayətinin ən qədim ənənəvi sənətlərindən biri duzluq, yəni duz torbası toxumasıdır ki, torba toxumaları qrupuna aiddir. Torbavari toxuma malları arpa, buğda, dənli bitkilər, duz və s. kimi ərzaq məhsullarının qorunub saxlanılması üçün istifadə olunur və həmin toxuma torbalardan hər biri onda saxlanılan ərzaqla əlaqədar olaraq müvafiq bir adla tanınır. Bəxtiyari duzluqları elə bir saxlanc toxumalarıdır ki, bu məntəqənin digər əl toxumaları kimi tayfa qadınları tərəfindən toxunur. Bu məntəqədəki tayfalarda çobanlara böyük duz kütlələrini və ya narın duzu çatdırmaq, habelə həmin duzun ərazidə saxlanması üçün o torbalardan istifadə edirlər. Ona görə ki, sürünün ehtiyacının ödənilməsi üçün çobanların yanında kifayət qədər duz olmalıdır.
Tayfaların duza olan ehtiyacı çobanların həmin duzdan istifadə etmələri ilə yanaşı, həm də onların öz gündəlik tələbatlarını ödəmələri üçün də həyati bir məsələdir. Tayfalar özlərinin istifadə etdikləri duzu da həmin duzluqlara, duz torbalarına tökərək çadırın bir küncündən asırlar və yeməklərin hazırlanmasında istifadə edirlər. Narın duzun hazırlanmasının çətinliyi üzündən həmin duzun qorunub saxlanılması böyük əhəmiyyət kəsb edir. Buna görə də toxunan duzluq və ya duz torbası elə planlaşdırılır ki, duzun tökülməsinin qarşısı alınsın. Duz İran xalqlarının mədəniyyətində ən qiymətli nemətlərdən biri hesab olunur və ona görə də şüküretmə, şərəf, comərdlik və qonaqpərlik kimi insani keyfiyyətləri duz kəlməsi ilə yanaşı dilə gətirirlər. Odur ki, insanlar çox hallarda duza and içirlər və duz qədrini bilməyən kimi sözləri haqqı tanımayan şəxslər barəsində dilə gətirirlər. Belə insanlar duzu yeyib duzqabını sındıran şəxslər kimi ittiham olunurlar. Duzqabının forması və quruluşundan da onun nə qədər əhəmiyyətli və hətta nə qədər müqəddəs olduğunu başa düşmək mümkündür.
Duzqabının quruluşu bir korpusdan və boğazlıqdan ibarət olduğundan tayfaların canamazlarına oxşar və insan bədəni ilə əlaqədar bir formaya malikdir. Duzqabının toxunması eyni bir qaydaya malikdir və onların hamısı dörd əsas komponentdən təşkil olunmuşdur. 1) Dolama toxuma üsulu (kilimdə özünəməxsus bir ilmə növü) ilə toxunan duzqabının üz tərəfi; 2) Xovlu toxuma üsulu (xalçanın toxunması) ilə toxunan duzqabının alt hissəsi; 3) Zərif zolaqlar eskizli sadə kilim toxuculuğu üsulu ilə toxunan duzqabının arxa tərəfi; 4) Dolama toxuma üsulu ilə toxunan duzqabının iki tərəfi.
Komponentləri və naxışları baxımından bu toxuculuq məhsullarının müxtəlif layihələrini saymaq mümkündür: hovuz naxışı, zolaqlı və ya yarım əjdaha, nizamlı çoxbucaqlılar, təkrar çoxbucaqlılar, balıq, quş, xərçəng ulduzu, gül, ot və s. Bəxtiyari duzqabılarının toxunmasında işlədilən eskizlər hesab edilir. Həmin toxumalarda istifadə olunan münasib və diqqətçəkən rənglər hər bir tamaşaçını valeh edir. Duzqabıların əksəriyyətində, bir qayda olaraq, yaşıl, mavi, tünd qırmızı, sarı və qəhvəyi rənglər istifadə olunur.
Ad | Toxunma duzluq (Çəhar Məhal və Bəxtiyari) |
Ölkə | İran |