Kəşmiri parça toxuculuğu

Kəşmiri parça toxuculuğu

Kəşmiri parça toxuculuğu

Kəşmiri parçanın toxunması İranın çox zərif və sevimli əl toxumalarından biridir ki, ənənəvi trikotaj dəzgahda toxunur. Tam əminliklə qeyd etmək olar ki, kəşmiri parça toxuculuğu İranda Səfəvilər dövrünün əvvəllərində kifayət qədər geniş yayılmışdır və Şah Abbas Səfəvinin hakimiyyəti dövründə özünün ən yüksək çiçəklənmə mərhələsinə gəlib çatmış və böyük şöhrət qazanmışdır. Eyni zamanda İranın ixracyönümlü əl işləri təsisatlarından birinə çevrilmişdir. Tədqiqatçılar bu gözəl sənətin yaranma tarixçəsi və mənbəyi barədə vahid bir fikrə malik deyillər. Bəziləri isə buna əmindirlər ki, kəşmiri parça İranda meydana gəlmişdir və bundan sonra isə Kəşmirə gedib çıxmışdır. Bəziləri isə Kəşmiri bu sənətin meydana gəldiyi məkan kimi qəbul edirlər.

Hazırda Yəzd və Kirman kəşmiri parçanın ən mühüm istehsal mərkəzlərindən hesab olunur. Kəşmiri parçanın toxunma üsulu əvvəllər iki nəfər tərəfindən həyata keçirilirdi. Belə ki, toxuculardan biri dəzgahın aşağı hissəsində dayanır və inventar nömrələrini dilə gətirirdi. İkincisi, yəni “sırğa keçirən” isə toxuculuq dəzgahının yuxarı hissəsində yer tuturdu və sırğaları keçirirdi. Bu zaman o, xüsusi iplikləri seçirdi və sonra isə dəzgahın aşağısındakı toxucuya “məkik”ə atırdı. Arğacın ipliyini bir kənara çəkib toxuma işini yerinə yetirirdi. Əslində, yalnız bir metr kəşmiri parçanın toxunması üçün günlərlə vaxt və səbir xərcləmək lazım gəlir.

İndi kəşmiri parçanın toxuculuğunda əsas istehsal sənaye və yarımsənaye üsulları ilə həyata keçirilir. Ənənəvi kəşmiri parçanı  toxuma dəzgahından çıxmış bir nümunə İskəndərin Yəzd şəhərindəki zindanında tamaşaçıların görməsi üçün saxlanılır. Kəşmiri parçanın istehsalında istifadə olunan liflər ipəkdən və uzun lifli yundandır.

Yuyulmaya münasib olan yunun hazırlanması onun rənglənməsində və parlaqlığında böyük  əhəmiyyət kəsb edir. Materialın rənglənməsi otlardan və təbii mineral maddələrdən istifadə olunmaqla həyata keçirilir. Sərf edilən rənglər və kəşmiri parçada müxtəlif rəngləri yaradan otlar aşağıdakılardan ibarətdir: innabı rəng: çay yarpağı, palıd qabığı və sumaq yarpağı; qırmızı rəng: xına və qızılboya; yaşıl rəng: əspərək; narıncı rəng: qızılboya; qara rəng: səndəl ağacının gövdəsi; sarı rəng: tut yarpağı və zəncəfil; mavi rəng: zəfəran gülü. Kəşmiri parçanın modelləri isə aşağıdakılardan ibarətdir: tac naxışlı, əmiri, zolaqlı, maral buynuzu, badam naxışlı. Eyni zamanda kəşmiri parçanın növlərindən baş örtüyü şalını, zolaqlı şalı, Kəşmir şalını, Atabəy şalını, Kirman şalını, zümrüdü şalı, Əmiri şalını, Yəzd şalını, kəmərbənd şalını, Rəzəvi şalı və s. göstərmək olar. Bu nəfis toxunma parçadan paltarların hazırlanmasında, daxili dekorasiya işlərində və qablaşdırmada istifadə etmək mümkündür. Həmçinin çanta, ayaqqabı, saat kəməri, eynək və s. kimi məhsulların istehsalı üçün də bu gözəl parçadan istifadə olunur.

Kəşmiri parça ilə tikmə

Bu tikmədə məqsəd sərmə, muncuq və mirvari kimi yardımçı vasitələrdən istifadə etməklə kəşmiri parçanın üstündə gözəl modellərin tikilməsidir. Kəşmiri parça ilə tikmə Şardonun dediyinə əsasən, Səfəvilər dövründə kifayət qədər geniş şəkildə yayılmışdır. Bu tikmədən pərdələrə, iynə boğçasına, dekorativ tablolara, sobanın ön tərəfinə bəzək vurulmasında və s. kimi işlərdə də istifadə edirlər.

Əfşarlar, Zəndlər və Qacarlar dövründən yadigar qalan əsərlərə diqqət yetirdikdə belə bir nəticəyə gəlmək olur ki, bu cür tikmə həmin vaxtlarda özünün ən yüksək səviyyəsində olmuşdur. Adi sözlə desək, kəşmiri parça ilə tikmə sənətinin sərmə tikmə sənəti ilə eyni olduğunu bildirirdilər. Əlbəttə, bu da doğrudur ki, kəşmiri parça ilə tikmədə sərmə tikmədən də istifadə olunur. Həmin tikmələrdəki naxışlar və işlərin icrası üsulları arasında da oxşarlıqlar müşahidə edilir, amma sərmə tikməsi çox qədim bir sənətdir ki, onun Əşkanilər dövrünə və hətta ondan əvvəlki dövrə aid olduğunu vurğulayırlar. Əslində, sərmə üzərinə gümüş və bəzən də qızıl suyu çəkilmiş metal məftilin bir növüdür ki, indi digər metal materiallarından da hazırlanır. Kəşmiri parça ilə tikmədə lazım olan materiallar və ehtiyac duyulan alətlər kəşmiri parçadan, İsfahan sərməsindən (almasdan və ya qızıldan), pambıq sapdan, ipəkdən, şüşə yundan və ya pambıqdan ibarətdir. Kəşmiri parça ilə tikmədə işlədilən tikiş növlərindən naxışlı tikmələrin, çarpaz tikişlərin və paralel atlaz tikmələrinin adlarını çəkmək olar.

Kəşmiri parça ilə tikmə bu qaydada həyata keçirilir ki, əvvəlcə modelin forması kağız üzərində cızılır və iynə vasitəsilə onu deşik-deşik edirik. Sonra naxışları vuraraq tikmə işinin diqqəti cəlb etməsi üçün şüşə yundan və ya pambıqdan istifadə edərək modelin üstünü qabarıq şəkildə işləyirik. Daha sonra isə İsfahan sərməsindən və ya almasdan istifadə etməklə onları həmin qabarıq yerlərin üstünə tikirik, bəzən də kəşmiri parça ilə tikməni muncuq tikmə ilə uyğunlaşdırırlar.

Kəşmiri parça ilə tikmədə istifadə olunan naxışlardan tac, gül və buta, gül və quş, marginal güllər, dibçək gülləri, ağaclar və ov görüşləri kimi naxışları qeyd etmək olar. Bu növ tikmə əsasən Kirmanda, İsfahanda, Kaşanda Yəzddə, Tehranda, Hürmüzganda, habelə Çəhar Məhal və Bəxtiyari vilayətində geniş şəkildə yayılmışdır.                                                        

Ad Kəşmiri parça toxuculuğu
Ölkə İran

:

:

:

: