Naxışlı lent tikmə (Gilan)

Naxışlı lent tikmə (Gilan)

Naxışlı lent tikmə (Gilan)

Naxışlı lent tikmə (Rəştin qarmaqla tikməsi) İranın ən gözəl və ən bahalı tikmə növlərindən biridir ki, onun keçmişi kifayət qədər uzundur və mütəxəssis-ekspertlər onun keçmişini miladdan qabaq 330-cu illərdən 550-ci illərədək aid edirlər. Rəşt tikməsində xüsusi qarmaqlardan istifadə etməklə mahut parçanın (yüz faiz yundan olan Baston parçasının bir növü) üzərində əlvan ipək saplarla gözəl naxışlar tikirlər.

İranda Sasanilərin hakimiyyəti dövrünə təsadüf edən miladi tarixi ilə beşinci əsrdə İranın toxuculuq məhsulları dünyanın bütün ölkələrinə ixrac olunurdu və həmin parçalar Avropada o qədər şöhrət qazanmışdı ki, onların əksər hissəsi Avropa hökmdarlarının və böyük şəxsiyyətlərinin qəbirlərinin üstünün örtülməsi üçün istifadə olunmuşdur. Sasanilər dövrünün qarmaqla toxunan ən ali və ən gözəl parçalarından bir hissəsi Ermitaj Muzeyində saxlanılır. İslamdan sonrakı dövrdə - Səfəvilər, Əfşarlar, Zəndlər və Qacarların hakimiyyəti dövründə bu sənət özünün ən yüksək çiçəklənmə mərhələsinə gəlib çatmışdı və bu sahənin sənətkarları çoxsaylı əsərləri araya-ərsəyə gətirmişlər. Həmin dövrlər, ümumiyyətlə, çoxsaylı işlərin görülməsi ilə məşhurdur. Belə ki, tikmə ilə məşğul olanlar layihələndirmədən və eskizləri hazırladıqdan sonra qarmaqla müxtəlif ictimai, siyasi, mədəni, dini və iqtisadi mövzuları işləməyə başlayırdılar. Bu sənətin ustadları həmişə öz işlərini gözəlləşdirmək üçün qarmaqla tikməni iynə ilə tikmə ilə uzlaşdırırlar ki, bunların da nəticəsi çox gözəl naxış nümunələridir. Gilanda qarmaqla tikmə naxışlarının çəkilməsi əsasən şifahi şəkildə həll edilirdi və əksərən ta qədimdən nəsildən-nəslə keçib gəlmişdir. Diqqəti daha çox cəlb edən və daha yaxşı bazara malik olan naxışlar tarixi baxımdan daha qədim olan əyri buta, sarı-turuncu və dairəvi naxışlardır.

Qarmaqla tikmə üç qismə ayrılır: 1) Bu, sadə qarmaqla tikmədir ki, həmin üsul layihələndirmə və eskizin hazırlanmasından sonra tikmə işinin yerinə yetirilməsindən ibarətdir. Bu proses zamanı parçanın bütün səthi üzərində rəngbərəng ipək saplarla işlənilir; 2) Təkəlduz üslubunda qarmaqla tikmə elə bir üsuldur ki, onda sənətkar mahut üzərində naxışları icra etdikdən sonra müəyyən çərçivələr ölçüsündə həmin əlvan mahutu kəsir və onları daha qabarıq şəkildə və öz yerlərində fonun üzərində yerləşdirərək altdakı parçaya birləşdirir. Bundan sonra isə sənətkar qarmaqla tikməni davam etdirir; 3) Mozaika üslubunda qarmaqla tikmə bütün digər üslublardan daha gözəl və daha zəhmət tələb edən bir tikmə üslubudur. Bu tikmə üslubunda sənətkar rəngli mahut parçalarını (məsələn, çiçəkləri, yarpaqları) iş sahəsində yerləşdirir və qarmağın köməkliyi ilə onların ətrafını qarmaqla tikmənin əsas parçası ilə birləşdirir. Rəştin qarmaqla tikmə sənətindən istifadə etməklə istehsal olunan müxtəlif məhsullardan masa örtüyü, taxt örtüyü, pərdə, çanta, stəkanaltı, fərş üçün örtük, səhra çantası və başqalarının adlarını qeyd etmək mümkündür.                                                

Ad Naxışlı lent tikmə (Gilan)
Ölkə İran

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: