Oymaçılıq

Oymaçılıq

Oymaçılıq

Oymaçılıq İranın gözəl əl sənəti işlərindən biridir ki, müxtəlif metallar üzərində işlənilir. Bu əl sənəti işlərinin meydana gəldiyi tarixlə bağlı dəqiq məlumat yoxdur. Bəzi tarixçilərin və arxeoloqların həmin sənətin saklar dövründə meydana gəlməsinə dair fikirlər irəli sürməsinə baxmayaraq, saklar İranın köçəri tayfalarına aid bir dəstədir ki, keçmiş tarixləri Əhəmənilərdən əvvəlki dövrə gedib çıxır. Bu sənət əvvəlcə hakimiyyət saraylarının tikintisində istifadə olunan daşlarda, tarixi binalarda, dağlarda və hətta mağaraların məskunlaşması dövründə mövcud mağaralarda müşahidə olunub. Daha sonra isə bəşəriyyət metalları və ərintiləri qızdırıb döymə bacarığını əldə etdi və bununla da insanlar həkkaklıq sənətinə malik oldular və nəticədə metalda oyma sənəti inkişaf etdirildi. Başqa sözlə desək, oymaçılıq, bir qayda olaraq, gözəl və nəfis təsvirlərin metalların üzərində həkk edilməsi və bəzədilməsidir. Metalların materialları qızıldan, gümüşdən, misdən və poladdandır. Sonra çəkic, həkkaklıq qələmi və sənətkarın əlləri vasitəsilə əsər meydana gəlir.

Qeyd olunan metallardan mis yumşaqlığına və elastikliyinə görə ən çox bəyənilən metaldır. Sənətkarların bütün ömürləri boyu bu sənətə bağlanmaları və həmin məhsulların digər materiallardan düzəldilmiş başqa əşyalara münasibətdə davamlı olması diqqətçəkicidir. İndi oymaçılıqla məşğul olan sənətkarlar, bir qayda olaraq, qızıldan və ya gümüşdən düzəldilən metal qabın və ya nimçənin daxilini, yaxud alt səthini qatran və kəc qarışığı ilə doldururlar. Əslində, bu, metala dəyən çəkicin və iskənənin səsinin azaldılması üçündür. Həmçinin çəkicin zərbələri nəticəsində metalın parçalanması təhlükəsini aşağı salır. Sonra sənətkar nəzərdə tutulan eskizi seçir və onu əşyanın üzərinə köçürərək işə başlayır. Sənətkar həkkaklıq qələmini metalın üzərində gəzdirməklə və onun metal üzərində təzyiqini dəyişməklə nəzərdə tutulan çuxurlar yaranır.

Həkkaklıq sənətində istifadə olunan eskizlər və nümunələr həmişə ideoloji və mədəni əsaslarla fərqli olmuşdur. Və müxtəlif tarixi dövrlərin, habelə mədəni şəraitin və ictimai şəraitin dəyişilməsi mövcud nümunələrə və eskizlərə öz təsirini göstərmişdir və onlar özünəməxsus tarixi təkamülə malikdirlər. Çağdaş sənətdə oymaçılığın müxtəlif üslubları var və bunlar aşağıdakılardan ibarətdir: foto üslubu, tam fon tərzi, naxışlı üslub, qabarıq üslub, tor üslubu və qələmtutma üslubu. Digər bir baxışdan isə oymaçılığın İranda iki əsas üslubu vardır: İsfahan üslubu və Təbriz səpki. Təbriz üslubunda həkkaklıq məqsədilə bilək hərəkətindən və təzyiqindən istifadə olunur. İsfahan səpkində isə iş çəkic vasitəsilə yerinə yetirilir. Buna görə də Təbriz üslubu ilə düzəldilən əsərlər yastı olur, halbuki İsfahan səpkində hazırlanan məhsullar daha dərin olması ilə seçilir.

Ad Oymaçılıq
Ölkə İran

:

:

:

: