Şərqi Azərbaycan vilayəti

Şərqi Azərbaycan vilayəti

Şərqi Azərbaycan vilayəti

 Hətta yayın istisində də ağ libaslarını çıxarmayan gözəl və göylərə ucalan dağlar, çağlayan çaylar və fərəh bəxş edən şəlalələr, meyvəli bağlar, yamyaşıl yaylaqlar, seyrəngahlar, su bəndləri, dəyirmanlar, göz oxşayan kəndlər və daha başqa gözəlliklər bu vilayəti İranın ən gözəl və xüsusilə də yay aylarında turizm üçün ən yaxşı məntəqəsinə çevirmişdir. Şərqi Azərbaycan vilayətinin mərkəzi tarixi və inkişaf etmiş Təbriz şəhəridir.

 Təbriz əl sənayesi mərkəzlərindən biri hesab olunur. Bu vilayətdə müxtəlif xalçalar, gilim, cəcim, xurcun, gilim, şal, gəlimçə, gil qablar, keramika, müxtəlif növ səbətlər, iynə ilə toxunan ipək və yun parçalar, gümüş əşyalar və s. əl sənayesini təşkil edir. Təbriz xalçası indi də İranın ixrac etdiyi ən məşhur və ən yaxşı xalçalarından sayılır. Baxmayaraq ki, bu vilayət ölkənin ən soyuq vilayətlərindəndir ancaq müxtəlif iqlimə malikdir. Belə ki ildə 50 gün donma baş verir və vilayətin bəzi şəhərlərində yayda hərarət 40 dərəcəyə çatır.

 Bu vilayət turizm imkanları və cazibələri baxımından ölkənin mühüm vilayətlərindəndir. Bu iddiaya şahid olaraq islamdan qabaq olan dövr, islam dövrü, Elxanilər dövrü, .....qədim gözəl kilsələr, sulu şəlalə və çaylar, sahillər və Kəndovan kəndi kimi gözəl tarixi əsərləri zikr etmək olar. Bu vilayətin ən qədim tarixi abidələrindən Pol doxtəri (Qız körpüsü), Əlişah qalası, Təbriz bazarı, Mərəndin came məscidi, Babək qalası, Kəndovan kəndi, Göy məscid, Məqbərətül şüəra (şairlər məqbərəsi), Azərbaycan muzeyində Bismillah daşı, Məşrutə evi, qırmızı və göy günbəz, qədim Marağa rəsədxanası, El gölü imarəti, Təbriz bələdiyyəsinin bürcü və s. sadalamaq olar.

 Təbriz dəniz səthindən 1340 metr hündürlükdə və 11800 kilometr əraziyə malikdir. O, Azərbaycanın orta xəttində Urmiyə gölünün şimal şərqində və Tehranın 619 kilometr qərbində yerləşir. Təbrizin camaatı Şərqi Azərbaycanın əksər əhalisi kimi şiə məzhəbindədirlər və Azərbaycan türkcəsində danışırlar. Ancaq bu şəhərdə sünnilər və dini azlıqlar da bəzi məhəllələrdə yaşayırlar. Təbriz qədimdə "Şəhre bağ" adı ilə məşhur olmuşdur və bəzi sənədlərdə onun adı "Tavruz", "Turuj" və "Duruj" kimi də dərc olunmuşdur.

 Təbrizin islamdan öncəki tarixi zənn və gümanlarla doludur. Ancaq islamdan sonra bu şəhər çox genişlənmişdir və islam ərazilərində "Qübbətül islam" kimi məşhurdur. Sonra ipək yolunda olaraq qərblə şərqi bir-birinə birləşdirmişdir və iqtisadiyyatının rövnəqlənməsi bazarların və karvansaraların tikilməsinə səbəb olur və bu dünyanın ən böyük üstü örtülü bazarlarından biridir.

 Hicri dördüncü əsrdə Yaqut Həməvi Təbrizi Azərbaycanın ən böyük şəhəri sayır. Əbu Huqəl 367 ci, İbn Miskivəyh 421 ci və Nasir Xosrov 438 ci illərdə Təbrizi Azərbaycanın ən böyük və ən abad şəhəri adlandırırlar. 618 ci ildə monqol işğalçıları Təbriz darvazalarına çatırlar. Ancaq şəhər böyüklərinin layiqli tədbirləri nəticəsində amanda qalırlar və Təbriz əhli mal ödəməklə qırğın və viranlıqdan amanda qalırlar.

 Monqol xanı Qazan xanın zamanında Təbriz xüsusilə də çiçəklənir. Elxanilərin ağıllı vəziri Xacə Rəşidəddin Fəzlullah "Rəbi rəşidi" nin əsasını qoyur və bura zamanında ən böyük elm və mədəniyyət mərkəzi sayılırdı. Bu şəhər tarix boyu müxtəlif qızıl dövrlərini keçirmişdir. Paytaxtlıq dövrü, vəliəhdin oturduğu yer, ticarətin, elmin və mədəniyyətin inkişaf etdiyi yer və s. Təbrizin o zaman çiçəklənməsi nəticəsində bu gün bu misilsiz sənət əsərləri dünya muzeylərinin bəzəyidir.

 Şairlər məqbərəsi Təbrizin Siqətül islam küçəsində və Seyyid Əhməd türbəsinin şimal hissəsində yerləşir. Bu gözəl abidə turistlər üçün mövcud olan imkanlarla Məqbərətül şüəra adı ilə bu yerdə inşa edilmişdir və burada ölkəmizin ən məşhur müasir şairlərindən olan Şəhriyar dəfn olunmuşdur.

 Mənbələrdə Məqbərətül şüəra adı səkkizinci əsrə qədər gəlməmişdir. Məhəmməd Ovfinin 618 ci ildə yazdığı Ləbabul Əlbab əsərində altıncı əsrin Xaqani və Zəhir kimi şairlərindən ki burada dəfn olunublar söz açarkən Məqbərətül şüəranın adını çəkmir. Bu üzdən Sorxabda olan  Məqbərətül şüəranın adı gələn ən qədim kitab Həmdullah Mustofinin Nözhətül qulub əsəridir ki 740 cı hicri ilində yazılmışdır. Məqbərətül şüəra əvvəllər Həzirətül şüəra, Həzirətül Qəza, Sorxab qəbiristanlığı adları ilə məşhur olmuşdur. Ancaq təəssüflər olsun ki, illər ötdükcə sel və zəlzələ kimi təbii fəlakətlər nəticəsində dağıldı. Lakin 1971 ci ilin avqustunda bu abidə yenidən qurulmağa başladı və hal hazırda bu mədəniyyət məcmuəsi turist və qonaqları qarşılayır. Məqbərətül şüərada dəfn olan ən məşhur insanlar bunlardırlar:

 Əsədi Tusi, Qətran Təbrizi, Mücirəddin Beyləqani, Xaqani Şirvani, Zəhirəddin Farabi, Şapur Nişaburi, Şəmsəddin SƏcaşi, Zülfüqar Şirvani, Həmmam Təbrizi, Mani Şirazi, Şəkibi Təbrizi və Seyid Məhəmməd Hüseyn Şəhriyar.

 Təbriz şəhərinin digər görməli yerlərindən bu şəhərin muzeyinin adını çəkmək olar. Bu muzey 300 metr ərazidə 1962 ci ildə təsis olunub və 3 salondan ibarətdir ki, orada 2300 eksponat vardır. Burada tarixin müxtəlif dövrünə aid  qədim əşyalar, məşrutəyə və antropologiya aid eksponatlar vardır.

 Göy məscid binası və kitabəsi ilə 870 ci hicri ilində Qaraqoyunluların ən güclü qüdrətli hakimi və özü də şair olan  Soltan Cahan şahın zamanında  inşa edilmişdir. Məscidin kaşılarının müxtəlifliyi və orada işlənən müxtəlif xətlər və rənginə görə "islam firuzəsi" adı ilə məşhur olmuşdur. Kitabələr hicri doqquzuncu əsrin məşhur xəttatı  Nemətullah Əlbab tərəfindən yazılmış və İzzəddin Qapuçi tərəfindən işlənmişdir.

 El gölü Təbrizin ən gözəl gəzməli yerlərindəndir və o Təbrizin cənub şərqində dördbucaqlı formada  göldür və 54 min 675 kvadrat metr əraziyə malikdir. Onun cənub tərəfində təpə mövcuddur ki, onu aşağıdan yuxarıya qədər pilləkən düzəldiblər. Gölün ortasında qədim formada iki mərtəbəli bir imarət vardır və gölün ətrafı çox gözəl yamyaşıllıqdır ki Şərqi Azərbaycanın ən cəzb edici turizm məkanlarından biridir. İlk dəfə bu binanı Ağ qoyunlular zamanında olduğunu söyləyirlər ki bir dəfə Səfəvilər zamanı və bir dəfə də Qacarlar zamanı Abbas Mirzə  Naibüssəltənənin oğlu Qəhrəman Mirzənin Şərqi Azərbaycanda hakim olduğu zaman yenidən qurulmuşdur.

 

Kəndovan Kəndi

 Təbrizin cənub qərbinin 50 kilometrliyində Səhənd kəndlərindən biridir və Eskunun 18 kilometrliyində yerləşir. Onlar əkinçilik, əl işləri və maldarlıqla məşğul olurlar.  Kəndovanda qədim zamanlara aid olan isə oranın evləridir. Bu evlər qayaların içində ehram və qarışıq formadadırlar. Onlar burada özlərinə mənzil, aul, anbar və iş otaqları düzəldiblər.

 Qayaların memarlığı insanların təbiət ilə mübarizəsi və qayalardan istifadə etməsinin nişanəsidir. Adi memarlıqda gil, palçıq, gips və s. istifadə olunur. Qaya memarlığında içəridə daşlar görünür və hər tərəfdən bu daşlar möhkəm formada görünür.

 Kəndovan təbiətin xariqüladə və gözə gəlimli şəklidir və insanı özünə tərəf çəkir. Xüsusilə də sərgərdan insanı ki, özünə əmin bir pənah yeri axtarır. Burada çox ehtimal olunur ki, monqolların hücumu zaman ətraf kəndlərin xüsusilə də "Hiyləvər" əhalisi bu təbii imkanlardan istifadə etmiş içərisini boşaldaraq orada məskunlaşmışlar. Burada həm düşməndən həm də yayın istisindən və qışın soyuğundan qorunmuşlar. Qeyd etmək lazımdır ki, Kəndovan kəndinin məscidi, hamamı, məktəbi və dəyirmanı var. Evlər adətək iki mərtəbə bəzən isə üç və dörd mərtəbədə olur.

 

Təbriz bazarı (dünyanın üstü örtülü ən böyük bazarı)

          Təbriz bazarı dünyanın üstü örtülü ən böyük bazarlarından biri və İran memarlığının şah əsərlərindən biridir. Bu bazar hal-hazırda bir kilometr uzunluqda dünyanın üstü örtülü məcmuələrindən biridir və 1975 ci ildə ölkənin milli əsərləri sırasına və 2010 cu ildə isə YUNESKO tərəfindən dünyanın mədəni irs siyahısına alınmışdır.

  Uca tağ və günbəzləri, mağazaların yerləşməsi, kiçik pasajların çoxluğu, çoxlu mədrəsələrin və ticarət mərkəzlərinin yanında məscid də vardır.  Bu bazarı islam və şərq və islam həyat tərzinin və ticarətin əla nümunəsi kimi tikmişlər. Memarlıq forması, dükanların çoxluğu, mədrəsə və məscidin olması bu məcmuəyə xüsusi imtiyaz vermişdir. Təbriz bazarının tikilmə tarixinə aid dəqiq məlumat əldə yoxdur, lakin hicri dördüncü əsrdən Qacar dövrünədək bu bazarı görən bir çox xarici və islam tarixçi və coğrafiyaçıları bu bazar və onun vəziyyəti haqqında qiymətli və mühüm sənədlər yazıb qoymuşlar.

 

Babək qalası

 Babək qalası kimi tanınan Cumhur qalası Əhərin 50 kilometrliyində Qarasu çayının qərb tərəfindəki hündürlükdə Kəleybər adı ilə məşhur olan məntəqədə yerləşir. Babək Xürrəmiddin  qalası dağ başında 2300 dən 2700 metr dəniz səviyyəsindən hündürlükdədir.

 Babək qalası, Bəzz və Cumhur qalası adları ilə tanınır və İranın tarixi sərdarı Babək Xürrəmiddinin qalası olmuşdur. O, üçüncü hicri əsrində Abbasi xilafətinə qarşı qiyam etdiyi zaman bu qala tikilmişdir. Qalaya çatmamışdan öncə keçiddən keçmək lazımdır və o dalan formasındadır və nizamlı və təbii daşlardandır və ancaq bir nəfər oradan keçə bilər və iki nəfər çox çətinliklə oradan keçə bilər.

 Çətin coğrafi mövqeiyyətinə əsasən binanın qüllənin üstündə yerləşməsi elə formadadır ki, 20 nəfər döyüşçü 100 minlik orduya maneçilik törədə bilər və tələfat da verməzlər. O zamanın silahları olan ox və nizə ilə silahlanmış əsgərlər keçmək təsirsiz olurdu.

 

Marağa

 Marağa İranın ən qədim şəhərlərindən biri və Şərqi Azərbaycan vilayətinin (Təbrizdən sonra) ikinci ən böyük şəhəridir. O, gözəl Sufi (Safi) çayının qırağında yerləşir.

 Marağanın şöhrətinin məşhur olduğu zaman Hulaku xanın dövrünə qayıdır. Bu dövrdə Hulaku xan Marağanı paytaxt kimi seçmişdi. Böyük iranlı alim Xacə Nəsrəddin Tusinin xahişi ilə dünyanın ən böyük elmi mərkəzlərindən biri yəni Marağanın şimal qərbi təpələrində Marağa rəsədxanası tikildi və bu mərkəz dağılmayana qədər öz zamanının ən böyük astronomiya və təhqiqat mərkəzi idi. Hal hazırda rəsədxananın mərkəzi bürcündən qalan tikililəri örtmək üçün böyük günbəz inşa edilmişdir və buradan o dövrün astronomiya alətlərinin sərgisi kimi də istifadə olunur.

Marağa rəsədxanası Elxanilər dövrünün ən böyük filosof, riyaziyyatçı və astronomunun və Əxlaq nasiri kitabının sahibi Xacə Nəsrəddin Tusinin yadigarlarındandır. Həmçinin "Elxani zici" (astronomiyaya aid cədvəl) onun və digər alimlərin əməyinin bəhrəsidir. Bu rəsədxana bir zamanlar ən məşhur islam rəsədxanalarından biri olmuş və onun şöhrəti bütün dünyaya yayılmışdır. Dünyada baş verən bu qədər dəyişikliklərə baxmayaraq hələ də bu rəsədxananın və onun banisinin adı dillərdə əzbərdir.

 Hicri 657 ci ildə Xacə Nəsrəddin Tusinin tapşırığı ilə o dövrün məşhur memarı Fəxrəddin Əbu Sadat Əhməd ibn Osman Məraği tərəfindən geniş binanın tikintisinə başlandı. Rəsədxana üçün seçilən yer Marağanın şimal qərbində olan təpədir ki indi də Marağa rəsədxanası adı ilə məşhurdur. Rəsədxanaya kömək üçün dövlətin maliyyə köməyindən başqa ölkə üzrə vəqflər də Xacə Nəsrəddinin ixtiyarına verildi. Onun onda birini Rəsədxana üçün lazım olan avadanlıqlar və kitablar üçün xərclədi. Rəsədxananın yaxınlığında Bağdaddan, Şamdan, Beyrutdan və Əlcəzirədən dörd yüz minə yaxın nəfis kitab alimlərin istifadəsi üçün gətirildi. Rəsədxananın yanında Xacənin və alimlərin istifadəsi üçün bir məkan hazırlandı və orada elmi mədrəsə də tikildi. Bu işlər 13 il vaxt apardı və hicri 663 cü ildə Hulaku dünyada köçdü. Lakin Xacə öz ömrünün son anlarına qədər çalışdı ki, bu rəsədxana aradan getməsin və onun işlərində pozuqluq yaranmasın və Elxani zicinin hazırlanması bu fasiləsiz zəhmətin nəticəsi olmuşdur. Hal hazırda məntəqənin ən böyük elmi mərkəzindən kiçik hissələr Marağa şəhərinin təpəliklərində qalmışdır.

 Hicri 672 ci ildə yazılı əsərlərinin sayı 50 dən çox olan Xacə Nəsrəddin öz şagirdləri ilə Bağdada getdi ki tarac olunmuş kitabları cəm edərək Marağaya yollasın.  Ancaq əcəl ona möhlət vermədi və 18 Zilhiccə 672 hicri ilində Bağdadda dünyadan köçdü. Onun cəsədini Kazimeyn şəhərinə apararaq imamların yanında dəfn etdilər.

 Hulakunun anasının məqbərəsi kimi tanınan Göy günbəz təxminən on metrlik dairəvi bürcün yanında yerləşir. Bu bürcdə onun tikilmə tarixini bildirən kitabə yoxdur ancaq mütəxəssislər onu Səlcuqlar dövrünə aid etmişlər və onun tikilmə tarixini hicri 593 cü ilə aid edirlər. Bir qrup isə Hulakunun anasına görə bürcü Monqollar dövrünə aid edirlər. Ancaq Andre Qodarın fikrinə görə bürcün tikilmə tarixi Hulakudan əvvəlki dövrə aiddir. Bu bürc 10 bucaqlıdır və onun hər 10 bucağında sütun var və gözəl şəkildə bəzədilmişlər. Göy günbəzin daxilində bir kitabədə nəsx xətti ilə Qurani Kərim ayələri yazılmışdır. Əsas günbəzin altında kiçik sərdabə vardır.

 Qırmızı günbəz Marağanın ən qədim binalarındandır və şəhərin cənub qərb tərəfində yerləşir. Bu binanı tikdirən və inşa edənin adına binanın qərb tərəfində olan kitabədə oxuya bilərik. Kitabədən məlum olur ki, Qırmızı günbəz hicri 542 ci ildə Əbdüləziz bin Mahmud bin Səd Yədimin əmri ilə Əbubəkr Məhəmməd bin  Bəndan bin Möhsün memar tərəfindən tikilmişdir. Bina kvadrat formalıdır. Bina sərdabə və əsas otaqdan ibarətdir ki, yeddi pillə ilə oraya düşmək olar. Bu məcmuənin şərq, qərb və cənub tərəfində iki tağ gözə dəyir və onlar kərpiclə bəzədilmişdir. Şər tərəfdə olan kitabədə 39 cu surənin 54 cü ayəsi yazılmışdır və qərb tərəfdə olan kitabədə binanı inşa etdirənin adı yazılmışdır.

 Marağa muzeyi Övhədinin məqbərəsinin yanında yerləşir və Elxanilər dövrünün  ixtisaslı muzeyi kimi məşhurdur. Marağa şəhəri monqol Elxanilər dövründə onların paytaxtı olmuşdur. Bu muzeydə o dövrün sikkələri, qabları və s. saxlanılır.

 Marağanın məşhur tarixi əsərlərindən biri də Övhədinin məqbərəsidir.  Məqbərə Elxanilər dövrünün Övhədi kimi tanınan  Rüknüddin Əbulhəsən Mərağinin məzarı üstündə tikilmişdir. O Came Cəm adlı məsnəvinin sahibidir. Şeyx Övhəd - əldin Övhədi Marağeyi Hüseyn İsfahani oğlu təxminən hicri 670 ci ildə Marağada dünyaya gəlmişdir. O, gəncliyindən arif insan olmuşdur və ürfan və din sahələrində kamala çatmışdır.

 

Culfa şəhəri

 Sərhəd şəhəri olan Culfa Şərqi Azərbaycan vilayətinin şimalında yerləşir. Lüğətdə toxuyucu deməkdir. Bu şəhər qədimdə ipək qurdu bəsləmək mərkəzi olmuşdur və buranın camaatı ipək qurdu bəsləməkdə və ipək parçalar toxumaqda məşhur olmuşlar. Şah Abbas karvansarası Səfəvilər dövrünün yadigarıdır. Bu şəhərdə qədim qalalar, təpələr və tarixi körpülər və turizm məkanları vardır.

Ad Şərqi Azərbaycan vilayəti
Ölkə İran
Növ1

Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Mədəniyyət və İslami İrşad Nazirliyinə bağlı olan İran təşkilatlarından biridir; və 1995-ci ildə yaradılmışdır.[Daha çox]

:

:

:

: