Mozaikaçılıq
Mozaika İranın çox dəyərli sənətlərindən biridir ki, ağır və mürəkkəb ənənəvi əl işlərindən biri kimi məşhurdur. Onun istehsal olunması və düzəldilməsi son dərəcə böyük diqqət və səbir tələb edir. Mozaikaçılığı təşkil edən materiallar, bir qayda olaraq, taxta və yapışqandan ibarət olduğundan həmin materiallar müəyyən zaman müddətindən sonra korlanır. Bu sənətin keçmişi barədə kifayət qədər məlumat yoxdur. Ancaq bəzi mozaikaçı ustadlar əmindirlər ki, mozaika Həzrət İbrahimin (ə) möcüzələrindən biridir. IX əsrdən əvvəl yaşayıb-yaratmış şairlərin şeirlərində harada mozaikadan söhbət gedibsə, üzük barəsində olmuşdur. Yalnız XI əsrdə yaşayıb-yaratmış şair Mofid Bəlxinin bir beyti mozaikaçılıq sənəti barədədir: “Qəm-qüssədən sümüklərimə min bir iz düşdü; Sanki sənin o al dodaqların qiymətli bir daş-qaşdı.”
Mozaikaçının iş üslubu keçmişdəkindən bu günədək o qədər də fərqli deyil və mozaikaçının bir kvadrat santimetrdə 200-dən çox kiçik taxta parçasından, metaldan və ya sümükdən istifadə edə bilməsi həmin sənətkarın belə bir sənətə münasibətdə son dərəcə diqqətli və səbirli olduğundan xəbər verir. Mozaikanın düzəldilməsində taxtadan (innab, portağal, qarağac, palma, kampeş və s. ağaclarından) olan kiçik üçbucaqlardan, sümükdən (dəvə, fil sümüyü), metaldan (qızıl, gümüş, mis, bürünc və s.) və yapışqandan (ağac və ya silisium) istifadə edirlər. Kiçik üçbucaqlar da bir-birinə yapışdırılır ki, bunlar da daha böyük ulduzu əmələ gətirir və iş elə bu qaydada da davam etdirilir. Və beləcə, mozaikadan ibarət böyük bir səth hazır olur, sonra isə onu qalınlığı 2-3 millimetr olan nazik təbəqələrə ayıraraq aşağıdakı səthin üzərinə düzərək qutu, şəkil üçün çərçivə və s. kimi şeyləri düzəldirlər. Daha sonra isə düzəldilmiş nəsnənin üstünə poliester çəkərək onu yaxşıca parıldadırlar. Bu sənətlə bağlı tarixi əsərlərdən və nümunələrdən minillik tarixə malik olan Şirazın qədim Cümə məscidinin mozaika ilə işlənmiş minbərini, hicri tarixi ilə səkkizinci əsrə aid olan Şirazın qədim Cümə məscidinin əsas verandasının tavanını, Gülüstan sarayının güzgüsünün qızılı qapılarını, İsfahanın Livan məscidinin həndəsi fiqurlarla və gümüşü komponentlərlə işlənmiş və hicri tarixi ilə 1114-cü ilə (m. tarixi ilə 1736-cı il) aid taxta minbərini və başqalarını göstərmək olar.
Həmçinin h.ş. tarixi ilə 1315-ci ildə (m. tarixi ilə 1937-ci il) Rza şah Pəhləvinin əmri və sifarişi ilə Mərmər saraydakı 7 metr x 7 metr sahəyə malik olan bir otaq oradakı bütün avadanlıqları ilə birlikdə 72 nəfərlik Şiraz sənətkarları tərəfindən dörd il müddətində mozaika ilə işlənilmişdir. İranın ən mühüm mozaika mərkəzləri İsfahan, Şiraz və Tehran şəhərləridir ki, əlbəttə, Tehran mozaikaçıları Şiraz və İsfahan sənətkarlarından daha bacarıqlıdırlar.
Ad | Mozaikaçılıq |
Ölkə | İran |