Novruz süfrəsi

Novruz süfrəsi

Novruz süfrəsi

Novruz süfrəsi il təhvilindən əvvəl sərilən və üzərinə Novruzun hər cür yeməkləri və simvolik ayin əşyaları qoyulan iri parça dəsmaldır. Hər birinin adı “S” hərfi ilə başlayan yeddi növ yemək olduğuna görə adətən “Həftsin süfrəsi” adlandırılır.

Tarixi rəvayətlərə görə, Sasanilər dövründə bir kişi gümüş süfrəyə yeddi sünbül , buğda, arpa, lobya, küncüt və düyü, həmçinin qənd parçaları, dinar və dirhəmlər qoyub şahın məclisinə daxil olub.

Bu gün də iranlılar Novruz süfrəsini yeddi növ yeməklə bəzəyirlər ki, bunlardan ən çox yayılmışları qırmızı alma, iydə, səməni, sirkə, sumaq, sünbül, sarımsaqdır.

Novruz süfrəsində yeddi xörəkdən əlavə; güzgü, lalə, şam, Quran (müsəlmanlar), Avesta (zərdüştlər), su ilə dolu kasa - içinə bir neçə yaşıl yarpaq, şümşad və portağal ,  qırmızı balıq olan kasa; bir neçə boyalı qaynadılmış yumurta; qırmızı nar; çörək; gümüş sikkələr , buğda, arpa, mərcimək və ya göyərti və s. qoyurlar.

Novruz süfrəsində olanların hər biri simvolik məna məsələn, güzgü paklıq təzahürü , əbədi varlığın, bəxt və qismətin əksidir; Şam işıq və nura işarədir və qaranlığı aradan qaldırır; Yumurta yaradılış və məhsuldarlığı simvollaşdırır; Balıq və şümşad su və həyat mələyi Veneranı simvollaşdırır; Səməni böyümə və həyat əlamətidir; Nar bərəkət və bolluq rəmzidir; Çörək bərəkət və bolluğu simvollaşdırır, sarımsaq illüziyaları və zərərli ruhları aradan qaldırır. Novruz süfrəsində olan səmənini Fərvərdin ayının 13-də suya atırlar.

Əslində Novruz süfrəsi əslində iranlıların yeni ilin əvvəlində dünyadan köçənlərin ruhlarını da dəvət edib qurduqları mənəvi ziyafət süfrəsidir. Novruz süfrəsi ailə üzvləri ilə mərhumun ruhunu bir araya gətirməkdə, ailə üzvləri arasında məsafə dairəsini aradan qaldırmaqda çox mühüm vəzifə oynayır. İranlılar harada olurlarsa olsunlar, ilin sonuna qədər evlərinə qayıtmağa və ailə üzvləri ilə birlikdə Novruz süfrəsində iştirak etməyə çalışırlar.

 

Ad Novruz süfrəsi
Ölkə İran
NövMilli

:

:

:

: