Əmirkəbir

Əmirkəbir

Əmirkəbir

Mirzə Tağı Xan Əmirkəbir Ərak vilayətinin Fərahan şəhərinə tabe Hezavədə anadan olmuşdur. Atası Qaim məqam Fərahaninin aşpazı və nəzarətçisi idi və çox zəka və müdrikliyə malik olduğu üçün Qaim məqam tərəfindən oxutdurulmuşdur.  

Bir müddət sonra o, hökumətin katibliyinə yüksəldi və ilk siyasi səfərində Rusiyanın İrandakı səfiri Qribaydovun qətlinə görə üzr istəmək üçün Rusiyaya getdi. Nəsrəddin Mirzə Təbrizdə olarkən Əmir Kəbir Azərbaycan ordusunun başçısı təyin edildi. O, həmçinin İran-Osmanlı mübahisəsini həll etmək üçün Arzənə ər-Rumda keçirilən konfransda iştirak etmək üçün getdi. Bu missiyada o, siyasi məsələlərdə siyasi bacarığını sübut etdi və İranın itirilmiş hüquqlarını bərpa qaytardı.

Nəsrəddin Mirzə taxta çıxdıqdan sonra Mirzə Təqi xana Əmir Nizam titulunu verdi və ona bütün dövlət və hərbi işləri tapşırdı. Əmirin ölkədə islahatlar aparmaqda ilk addımı saray əyanlarının təsirini azaltmaq, fövqəladə təqaüdləri kəsmək, vergiləri və dövlət gəlirlərini cəmləşdirmək, büdcə qurmaq, nizami ordu formalaşdırmaqdan ibarət oldu.

Xarici siyasət sahəsində hökumətlərlə dostluq və qarşılıqlı hörmət əlaqələri qurmuş, İran səfirliklərinin vəziyyətində islahat aparmış, xarici ölkələrin İranda təsirinin qarşısını almışdır. Əmirin dövründəki bəzi işlər:  Darul-Fünun məktəbinin yaradılması, müxtəlif sənaye və tekstil fabriklərinin yaradılması, mədənlərin çıxarılması, çaylar üzərində bəndlərin tikintisi, yerli və xarici fermer və tacirlərə dəstək, ixracın artırılması və idxalın azaldılması, mühafizəkarlıqla mübarizə, dini azlıqların hüquqlarının müdafiəsi, silah və artilleriya zavodlarının yaradılması, kazarmaların yaradılması, donanmanın gücləndirilməsi, hərbi geyimlərin formalaşdırılması, mətbəələrin və qarnizonların yaradılması, baş verən hadisələrlə bağlı qəzetlərin nəşri,  Avropaya tələbə göndərilməsi. Tikdiyi binalardan: Əmir bazarı və karvansarayı, Şeyx Əbdülhüseyn məscidi və mədrəsəsi , İmamzadə Zeyd binası.

Şah anası Məhdülya və xarici elçilərin əleyhinə sui-qəsdlərə görə Əmiri vəzifədən uzaqlaşdırmaq haqqında əmr verdi və onu Kaşana hakim təyin etdi. Əmirin vəzifəsindən kənarlaşdırılmasından sonra ölkədə vəziyyət qarışdı və Əmirin yenidən nazir təyin olunacağından qorxan düşmənləri ona sui-qəsd əmrini padşahdan aldılar və nəhayət, Əli xan Hacib əl-dövlə tərəfindən Kaşanın Fin hamamında öldürüldü. Əmir əvvəlcə Kaşanda dəfn edilib, lakin Nəsərəddin şahın bacısı olan həyat yoldaşı İzzət əd-Dövlənin təkidi ilə cənazəsi Kərbəlaya aparılıb.

 

Ad Əmirkəbir
Ölkə İran

:

:

:

: