Xalçaçılıq
Xalçaçılıq İranın çox məşhur ənənəvi əl işlərindən biridir. Burada onu da qeyd etməliyik ki, İranda çoxları “ğali” sözünün əvəzinə “fərş” kəlməsindən də istifadə edirlər. “Ğali” kəlməsi Azərbaycan dilində “xalça” mənasını verir və bu elə bir toxuma üsuludur ki, bu zaman xalçanın toxunması zamanı əriş və arğac ipliklərin toxuculuq dəzgahında bir-birinə ardıcıl olaraq toxunması nəticəsində xalçaların quruluşu formalaşır. Toxuculuq prosesində qısa ipliklər xüsusi bir texnika ilə paralel iplərin ətrafında düyünlənir ki, toxunan parça uzun xovlara malik olsun. Çünki uzun xovlar xalçanın səthinin yumşaqlığına və zərifliyinə səbəb olur. Xalçanın toxunması zamanı istifadə olunan ilkin materiallar bunlardır: yun ip, möhkəm ipək, pambıq sap, zərif yun və ya ipək. Toxunma prosesində həmçinin fars, xətai və həndəsi naxışlar olmalıdır. “Fərş” kəlməsi isə ərəbcədir və bu söz ərəbcədən tərcümədə “torpaq”, “yer” mənasını verir və “ərş” kəlməsinin antonimidir.
Məsələn, daş fərş, mozaikalı fərş, kilim, cecim və s. Firdovsinin “Şahnamə”sində fərşin toxunması Təhmurəsin dövrünə aid edilir. Xalçaçılıq sənəti ilə bağlı ən qədim predmet bürünc dövrünə gedib çıxır və həmin predmet xalça toxuma bıçağıdır ki, Türkmənistanda və İranın şimalında aparılan araşdırmalar zamanı əldə edilmişdir. Pazırıq xalçası aşkar edilmiş ən qədim xalçadır ki, saklar tayfasının beşinci qəbrindən tapılmışdır və tədqiqatçılar onun Əhəmənilər dövrünə aid olduğunu bildirirlər.
Şahidlər və mütaliələr göstərir ki, bundan sonra bütün tarixi dövrlərdə İranın müxtəlif məntəqələrində həmin xalçaçılıq emalatxanaları mövcud olmuşdur. Amma Şah Təhmasib Səfəvinin hakimiyyəti dövründə İran xalçası gözəllik və zəriflik baxımından özünün ən yüksək mərhələsinə gəlib çatmışdır. İranın ən mühüm xalçaçılıq məntəqələrindən Təbriz, Ərdəbil, Sərab, Heris, İsfahan, Kaşan, Cuşqan, Nayin, Tehran, Məşhəd, Bircənd, Sənəndəc, Bicar, Qum, Kirman, Ərak, Həmədan, Yəzd və s. adlarını çəkmək olar. Mütəxəssis-ekspertlər xalçaların toxunuş dizaynına, rənginə və formalarına diqqət yetirməklə müxtəlif məntəqələrin məhsullarını bir-birindən ayıra bilirlər. İran fərşlərinin toxunma dizaynı 19 əsas qrupa bölünmüşdür və bunlar aşağıdakılardan ibarətdir: Tarixi abidələrin və binaların cizgiləri, Şah Abbasın cizgiləri, şəbəkə cizgiləri, nursaçan cizgilər, iqtibas olunan cizgilər, rəsmlərin parça üzərində tikilməsi, butalı cizgilər, ağac cizgiləri, türkmən cizgiləri, çərçivə cizgiləri (ov yeri), çərçivə cizgiləri (kərpicşəkilli), firəng gülü cizgiləri, güldan cizgiləri, balıq cizgiləri, altar qrupu, sirli cizgilər, həndəsi cizgilər, qəbiləyə xas cizgilər və s.
Lakin açıq-aydındır ki, İran xalçalarının əsas və yardımçı cizgilərinin sayı bunlardan da çoxdur. Qeyd olunan cizgilər və naxışlarla yanaşı, İran xalçalarını həmçinin xovlarına və cinslərinə görə də təsnifatlaşdırırlar. Bunlar da aşağıdakılardan ibarətdir: tamamilə yundan olan xalça, zərif tüklü xalça, ipək xalça, yarımipək xalça, ipəkgüllü xalça, tam ipək xalça və qoyun yunundan xalça. Xalçalar həmçinin toxunma üslubuna görə onlarda ilmə vurma qaydalarına uyğun olaraq iki yerə ayrılır: türkbaf (simmetrik) və farsbaf (asimmetrik). İranın türkdilli məntəqələrində türkbaf toxuma üslubu daha geniş şəkildə yayılmışdır və həmin xalçalarda simmetrik düyünlərdən (ilmələrdən) istifadə olunduğuna görə onlar daha keyfiyyətlidirlər.
Ad | Xalçaçılıq |
Ölkə | İran |